• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə nəşri: “Zəngəzur dəhlizi regional əməkdaşlığa və inkişafa güclü stimuldur

26-08-2025, 09:00 | Baxılıb: 273
“Türkiyə nəşri: “Zəngəzur dəhlizi regional əməkdaşlığa və inkişafa güclü stimuldur

Qars ilə Naxçıvan arasında 224 kilometrlik dəmir yolunun çəkilməsi Türkiyənin Azərbaycana yeni “körpü” salmasına imkan verəcək ki, bu da regional əməkdaşlıq və inkişaf üçün güclü stimul olacaq.
Diaspor.info xəbər verir ki, bu barədə avqustun 25-də Türkiyənin “Sabah” qəzetində dərc olunmuş məqalədə deyilir.

Nəşr yeni dəmir yolunun ölkənin müxtəlif regionlarının, o cümlədən Cənub-Şərqi Anadolu və Türkiyənin Aralıq dənizi zolağının inkişafına güclü təkan verəcəyini qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyinə diqqət çəkir.

“Sabah” qəzeti qeyd edir ki, Zəngəzur dəhlizinin tezliklə açılması Orta Dəhlizin səmərəliliyini artıracaq, proqnozlara görə, 2030-cu ilə qədər bu istiqamətdə yükdaşımaların həcmi 2021-ci ilə nisbətən 3 dəfə çox olacaq.

“Türkiyə Azərbaycana və Mərkəzi Asiya ölkələrinə yeni çıxış əldə edəcək, beləliklə, hasilat, yükdaşıma və ixrac həcmi artacaq. Zəngəzur dəhlizi boyunca boru kəmərləri və fiber-optik kabellər çəkiləcək”.

Məqalədə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafına da təkan verəcəyinə diqqət yetirilir. “Naxçıvan Muxtar Respublikasını təcrid etmək cəhdlərinə son qoyulacaq, bu muxtariyyətə İran üzərindən daşımalar azalacaq, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq güclənəcək”, -deyə nəşr yazır.

Bununla yanaşı, məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizi Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşmasına da töhfə verəcək. “Sabah” yekunda qeyd edir ki, Ermənistan yeni sərmayələr cəlb edə və məhsul tədarükü bazarlarını şaxələndirə biləcək. Həmçinin gələcəkdə Zəngəzur dəhlizinin açılmasından əldə olunacaq iqtisadi dividendlər milyardlarla dollar həcmində qiymətləndirilə bilər.скачать dle 10.6фильмы бесплатно


273

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.