• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

2-09-2025, 21:00 | Baxılıb: 253
“

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 2024-cü ili 32,25 milyon manat zərərlə başa vurub.

Diaspor.info Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,8 % azdır.

Bununla belə, "Azərkosmos"un yığılmış zərəri 9,3 % artaraq 379,574 milyon manata çatıb.

Ötən il "Azərkosmos"un göstərdiyi xidmətdən gəlirləri 37,694 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % az), xidmətinin maya dəyəri 38,151 milyon manat (6,5 % az), ümumi və inzibati xərcləri 22,447 milyon manat (34,8 % az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəlirləri 112 min manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 12,742 milyon manat (19,6 % az), maliyyə gəlirləri 6,418 milyon manat (7,3 % az), xarici valyuta gəlirləri 1,428 milyon manat (əvvəlki il zərər olub), digər xərcləri isə 4,562 milyon manat (44,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərkosmos"un aktivləri 502,675 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 15,5 % azalaraq 264,825 milyon manata düşüb, balans kapitalı isə 21,9 % artaraq 237,85 milyon manata, o cümlədən nizamnamə kapitalı 60,2 % artaraq 473,606 milyon manata çatıb.

Xatırladaq ki, Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.скачать dle 10.6фильмы бесплатно


253

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.