• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda Təmiz Enerji Mərkəzi fəaliyyətə başlayıb

9-09-2025, 20:00 | Baxılıb: 248
“Azərbaycanda Təmiz Enerji Mərkəzi fəaliyyətə başlayıb

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) İdarə Heyətinin onlayn formatda ilk iclası keçirilib.

Energetika Nazirliyindən Diaspor.info-ya bildirilib ki, bununla da ötən ilin noyabrında COP29 çərçivəsində İƏT və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi İƏT-in 17-ci Zirvə Toplantısının yekun sənədi - Xankəndi Kommunikesində də vurğulanır. Mərkəzi təşkilat və üzv dövlətləri arasında mövcud və potensial enerji tərəfdaşlıqlarını gücləndirməklə, regionda bərpaolunan enerji layihələrinin inkişafını və enerji keçidini dəstəkləyəcək.

“Hazırda üç İƏT üzvü - Türkiyə, Qazaxıstan və Özbəkistan ilə “yaşıl enerji dəhliz”lərinin yaradılması üzrə əməkdaşlıq edirik. “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri regional enerji əlaqələrinin və regional elektrik bazarının inkişafını hədəfləyən strateji təşəbbüslərdir. Bu layihələr İƏT regionunda enerji əməkdaşlığını möhkəmləndirəcək, regional enerji şəbəkələrini birləşdirəcək və emissiyaların azaldılmasına nail olmaq üçün vahid strateji platforma yaradacaq”,- deyə nazir əlavə edib. Bildirilib ki, ev sahibi ölkə olaraq Azərbaycan ədalətli enerji keçidi üzrə milli, regional və İƏT miqyaslı məqsədlərə töhfə verəcəyinə inanaraq mərkəzi dəstəkləməyə sadiqdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Təmiz Enerji Mərkəzinin ev sahibliyini üzərinə götürdüyü üçün Azərbaycana təşəkkürünü çatdırıb. Baş katib bildirib ki, mərkəzin fəaliyyətə başlaması üçün göstərilən səylər Azərbaycanın regional əməkdaşlığın və karbon emissiyasının azaldılması gündəliyinin irəlilədilməsində qərarlı və fəal rolunun sübutudur: “Əminik ki, mərkəz regional davamlı enerji mərkəzlərinin qlobal şəbəkəsinin güclü komponentinə çevriləcək”.

İclasda təşkilata üzv dövlətlər - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Pakistan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) təmsil olunub. Ölkələrin “yaşıl enerji” gündəliyini qlobal tendensiyalara uyğun və koordinasiyalı həyata keçirməsi üçün mərkəzin fəaliyyətində fəal iştirak və dəstək göstəriləcəyi vurğulanıb.

İclas zamanı mərkəzin Daxili Qaydaları təsdiqlənib və Aysel Yaqubova Təmiz Enerji Mərkəzinin icraçı direktoru təyin edilib. İdarə Heyətinin ikinci iclasının 2026-cı ilin birinci yarısında keçirilməsinə qərar verilib.скачать dle 10.6фильмы бесплатно


248

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.