• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ şirkəti Azərbaycanın enerji sistemində yeni idarəetmə sistemi qurur

8-10-2025, 15:00 | Baxılıb: 182
“ABŞ şirkəti Azərbaycanın enerji sistemində yeni idarəetmə sistemi qurur

“AzərEnerji” ASC ölkədə yeni yaradılan bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq, idarəetməni qlobal standartlara uyğunlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə ABŞ-ın SEL (Schweitzer Engineering Laboratories) şirkəti ilə birgə yeni layihəyə start verib.

“AzərEnerji”dən Diaspor.info-ya bildirilib ki, layihə çərçivəsində Azərbaycanda WAMS - Geniş Ərazi Monitorinq Sistemi (Wide Area Monitoring System ) və WACS - Geniş Ərazi İdarəetmə Sistemi (Wide Area Control System) texnologiyaları tətbiq ediləcək.

İlk mərhələdə əsas elektrik stansiyaları və qovşaq yarımstansiyalarında 27 ədəd xüsusi ölçü cihazı - PMU quraşdırılır. Bu cihazlar real vaxt rejimində şəbəkədəki gərginlik, cərəyan və tezliyi dəqiq ölçərək məlumatları mərkəzi serverə ötürəcək. Bununla həm Azərbaycanın enerji sisteminə, həm də Rusiya, Gürcüstan və İranla olan enerji əlaqələrinə onlayn nəzarət imkanı yaranacaq. Bu texnologiya qəza risklərini vaxtında aşkar etməyə və onların böyüməsinin qarşısını almağa şərait yaradacaq. Beləliklə, WAMS sistemi vasitəsilə şəbəkənin vəziyyəti anlıq izlənəcək, sabitlik göstəriciləri, gərginlik dəyişmələri və enerji axınları real vaxtda görünəcək. Bu isə operatorlara daha dəqiq və operativ qərar verməyə, həmçinin bərpaolunan enerji mənbələrinin idarə edilməsini asanlaşdırmağa imkan verəcək.

WACS sistemi isə WAMS-dan daxil olan məlumatlar əsasında şəbəkədə avtomatik idarəetmə tədbirlərini həyata keçirəcək. Bu çərçivədə yükün tənzimlənməsi, generator gücünün dəyişdirilməsi, enerji axınlarının balanslaşdırılması təmin olunacaq, insan müdaxiləsi və qəza riskləri minimuma endiriləcək.

Sadə dillə desək, WAMS şəbəkənin “gözləri” və “qulaqları”dır — vəziyyəti izləyir; WACS isə şəbəkənin “beyni” və “əlləri”dir — qərar qəbul edib tədbir görür.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.