• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

7-11-2025, 14:00 | Baxılıb: 323
“Azərbaycan Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

Azərbaycan Çinin Şanxay şəhərind keçirilmiş Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumunda iştirak edib.
Diaspor.info bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Çinə səfər edib, Şanxayda keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisinə qatılıb. Sərgidə Çinin Baş naziri Li Çian, müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də aparıcı texnologiya şirkətlərinin rəhbərləri iştirak edib.

İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev sərgi çərçivəsində təşkil edilmiş Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumunda çıxış edib, Azərbaycanın rəqəmsal və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində həyata keçirdiyi islahatları qeyd edib, vurğulayıb ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər"ə uyğun olaraq ölkəmiz davamlı, inklüziv və innovasiyaya əsaslanan rəqəmsal iqtisadiyyat modelini formalaşdırır.

O, diqqətə çatdırıb ki, insan kapitalının və innovasiya yönümlü iqtisadiyyatın inkişafı ölkəmizin inkişaf strategiyasının prioritetlərindədnir. Rəqəmsal təhsil ekosisteminin və ömürboyu təhsilin formalaşdırılması üçün dünyanın qabaqcıl təhsil proqramları ilə əməkdaşlıq edilir. "Coursera" ilə əməkdaşlıq təhsil və iqtisadiyyat sahəsində dövlət qurumları, universitetlər və beynəlxalq tərəfdaşlar arasında yeni sinerji yaradır. "Coursera Milli Proqramı" çərçivəsində artıq 45 mindən çox vətəndaş IV Sənaye İnqilabı texnologiyaları və digər sahələrdə bilik və bacarıqlar əldə edib.

Forumda rəqəmsal infrastrukturun, o cümlədən bulud sistemləri, 5G, kiber təhlükəsizliyin modernləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, məlumat əsaslı qərarların qəbulu mexanizmləri barədə müzakirələr aparılıb.скачать dle 10.6фильмы бесплатно


323

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.