• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Qars və İğdırda ticarət evləri aça bilər

3-12-2025, 17:00 | Baxılıb: 223
“Azərbaycan Qars və İğdırda ticarət evləri aça bilər

Türkiyənin Qars və İğdır bölgələrində Azərbaycana məxsus ticarət evlərinin açılması nəzərdən keçirilir.

Diaspor.info xəbər verir ki, bunu Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev bildirib.

O qeyd edib ki, Türkiyənin İğdır, Qars, Ardahan, Ərzurum və Ağrı vilayətləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes forumların təşkil edilməsi və iş adamlarının qarşılıqlı səfərlərinin artırılması prioritet məsələlərdən biridir.

Baş konsulun sözlərinə görə, kənd təsərrüfatı, heyvandarlıq, logistika və turizm də daxil olmaqla iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bunun üçün kifayət qədər imkanlar mövcuddur.

Turizm sahəsində xüsusilə əlverişli şəraitin olduğunu vurğulayan Z.Əliyev deyib ki, turistlərin qarşılıqlı səfərləri bölgələr arasında məlumatlılığın və əlaqələrin güclənməsinə töhfə verəcək.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin güzəştlər təqdim etdiyi Naxçıvan və Qarabağdakı mövcud və yaradılacaq sənaye parklarına Türkiyədən iş adamlarının cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır.

Qarsdan olan iş adamlarının sabah Qarabağ bölgəsinə ticarət missiyası həyata keçirəcəklərini xatırladan Z.Əliyev qeyd edib ki, 2025-ci ilin iyun ayında İğdır iş adamlarının Qarabağa səfəri də uğurla baş tutub. O, bu ənənənin Ərdahan, Ərzurum və Ağrı vilayətləri ilə də davam etdirilməsinin mümkün olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


223

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.