• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib

15-12-2025, 20:00 | Baxılıb: 266
“Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib

2025-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14 milyard dollar təşkil edib.

Diaspor.info Mərkəzi Banka istinadla xəbər verir ki, bunun 7,7 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6,3 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 12,8 faiz azalaraq 1,4 milyard dollar olub. Bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,1 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 280,7 milyon dollar olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4 milyard dollar olan nəqliyyat xidmətlərinin 66,3 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2,6 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin

dəyəri isə 1,4 milyard dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 22,9 faiz artıb, idxalı isə 7,4 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 50,2 faiz artaraq 1,3 milyard dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9 ayında 0,9 milyard dollar təşkil edib.

2025-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi (0,5 faiz) azalaraq 2,7 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,5 milyard dollar) idxalı (1,2 milyard dollar) üstələməsi nəticəsində 0,3 milyard dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,6 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,8 faiz azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,2 milyard dollar olub. Bunun 75,1 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2,4 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 12,1 faiz artaraq 1,6 milyard dollar olub.скачать dle 10.6фильмы бесплатно


266

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.