Böyük Britaniyanın az pul və minimal rahatlıqla səyahət etmək istəyən müstəqil turistlər, yəni Bekperlər Cəmiyyətinin mütəxəssisləri macəra turizminin inkişafı üçün ən böyük potensiala sahib olan ölkələrin reytinqini tərtib ediblər. SİA “Lonely Planet”ə istinadən xəbər verir ki, Azərbaycanın adı siyahıda top onluğa daxil olub.
Ekspertlər reytinqdə lider kimi Əlcəzairi layiq biliblər. Siyahıda Səudiyyə Ərəbistanı, Pakistan və İran - müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri bölüşür. Orta Asiya dövlətlərindən - Qazaxıstan beşinci yerə, Özbəkistan isə altıncı yerə layiq görülüb. Bosniya və Herseqovina yeddinci, Rusiya isə siyahıda səkkizinci yerdədir. Doqquzuncu yerdə olmaqla Efiopiya da ilk onluğa daxil olub.
272