Yaxın zamanda Pakistan vә Cәnubi Koreyaya ixrac əməliyyatları həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinin 2019-cu ilə dair hesabatında deyilir.
Hesabatda bildirilir ki, ötən il Nigeriyaya gilas, nar ixracı, Dubaya (BƏƏ) armud, gilas vә yumurta ixracı hәyata keçirilib. Hazırda Körfәz ölkәlәri, Şәrqi vә Mәrkәzi Avropa, Afrika, Çin, Sinqapur, Hindistan vә digәr yeni ölkәlәrlә danışıqlar aparılır. Pakistan vә Cәnubi Koreyaya isә nümunә olaraq mürәbbә, noxud, düyü, cem, meyvә quruları göndәrilib. Danışıqlar nәticәsindә ilk addımlar atılıb vә yaxın zamanda ixrac әmәliyyatlarının baş tutacağı gözlәnilir.
Ukrayna bazarı da böyük potensiala malikdir vә ASC tәrәfindәn bu ölkәyә üzüm, pomidor vә sarımsaq ixracı hәyata keçirilib.