• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür

17-06-2025, 13:00 | Baxılıb: 284
“İyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Onları əbəs yerə “ümid yeri” adlandırmırlar. Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara pənah aparırıq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı üz tutmağımızdan asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

Diaspor.info xatırladır ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən, son illər Azərbaycanda səhiyyədə aparılan islahatlar, onun idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr dəyişiklikləri və digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Buzovnada yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzi Vətən müharibəsi iştirakçılarının istifadəsinə verilib. Müharibə iştirakçıları tibbi reabilitasiya xidmətləri, şəhid valideynləri isə lazımi tibbi və psixoloji yardımla təmin olunub.Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında 6-sı Bakı şəhərində, 5-i regionlarda olmaqla ümumilikdə 11 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.

Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Həmçinin TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.скачать dle 10.6фильмы бесплатно


284

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsmanın “916” Çağrı Mərkəzinin 2025-ci il ikinci rüb üzrə statistikası
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü qeyd olunub
Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib

Ombudsmanın “916” Çağrı Mərkəzinin 2025-ci il ikinci rüb üzrə statistikası

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü qeyd olunub

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib

Tələbələrin köçürülməsi prosesinə başlanılıb

XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib

Tramp: Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək

Türkiyə 15 iyul çevriliş cəhdinin qarşısının alınmasının doqquzuncu ildönümünü qeyd edir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.