• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

29-12-2025, 10:30 | Baxılıb: 732
“Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb

Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (Security Operations Center – SOC) fəaliyyətə başlayıb.
Diaspor.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Belə ki, Mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habelə xüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm strateji addımdır.

SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanması və operativ şəkildə aradan qaldırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.

Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması, Nazirliyin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin tətbiqi daxildir.

Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsi vətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində Data Loss Prevention (DLP) və Identity & Access Management (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır.скачать dle 10.6фильмы бесплатно


732

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.