Putin və Merkel Qarabağdakı vəziyyəti müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi günü Almaniyanın Baş naziri Angela Merkel ilə telefonla Qarabağdakı vəziyyəti müzakirə edib. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilən vasitəçilik səyləri, habelə təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın istəyi ilə yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyəti barədə məlumat verib”- məlumatda bildirilib.
Söhbət zamanı Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 9 noyabr tarixli bəyanatında qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin bölgədəki vəziyyətin ümumi sabitləşməsinə kömək etdiyi vurğulanıb.
Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını bildirdilər.
Putin və Merkel ayrıca Qarabağdakı humanitar cavab mərkəzinin işinə beynəlxalq beynəlxalq strukturların cəlb edilməsinin vacibliyini qeyd ediblər.
Söhbət zamanı dövlət başçıları silahlı münaiqşədən təsirlənmiş əhalinin problemlərinin həll edilməsinin vacibliyini vurğulayıblar.
“Bu baxımdan, Rusiya tərəfindən yaradılan Humanitar Müdaxilə Mərkəzinin işinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinin vacibliyini qeyd ediblər”, - deyə mətbuat xidməti əlavə edib.
Elçin