Türkiyə Prezidenti Azərbaycanda.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. DİASPOR,İNFO-nun verdiyi məlumata görə, bu barədə xəbəri Türkiyə mətbuatı dünən axşam məlumat yayıb.
Xəbərdə deyilir ki, Türkiyə Prezidenti bu gün Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutub.
Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.