Vazgen Manukyanın xəstə təfəkkürü: baş nazir olarsa... ANALİTİK
Ermənistan müxalifətinin “vətənin xilası naminə hərəkat”nın vahid namizədi Vazgen Manukyan mədəniyyət xadimləri və ziyalılarla görüşü zamanı İrəvanda və Qarabağda kimlərin və nəyə görə Rusiya bazalarının çıxarılması tələbi irəli sürmələri barədə danışıb.
“Əgər əvvəllər təhlükəsizliyimizin qarantı bizim ordumuz və müttəfiqlərimizlə razılaşmalar idisə, artıq indi əsas qarant rus sülhməramlılarıdır”, deyən Manukyan.
Sərsəm düşüncə: “Kimsə küçəyə çıxmaqla rus bazalarına qarşı çıxış edirsə, bu anti-Rusiya məqsədli köklənmə deyil”
İrəvanda və Qarabağda rus bazalarının çıxarılmasını tələb edən aksiyaların keçirilməsini və irəli sürülən tələbləri anlamadığını deyib, lakin elə onun bu fikirləri də əslində anlaşılmazdır. SİTAT: “İctimaiyyətdə tarix ətrafında mübahisələr yarana bilər, ancaq kimsə küçəyə çıxmaqla rus bazalarına qarşı çıxış edirsə, bu anti-Rusiya məqsədli köklənmə deyil”.
Buradan da göründüyü kimi, Manukyan bəlkə də özü də bilmədən erməniçilik xəstəliyinin tələb etdiyi ifadəni məhz erməni həyasızlığı ilə aşkara çıxarıb. Daha dəqiq desək, onun Rusiya həbrçilərinə qarşı çıxanların anti-Rusiya məqsədi daşımadığını deməsi də bu həyasızlığı açıq-aşkar nümayiş etdirir.
“Qarabağda və Ermənistan sərhədlərində müharibənin bitmədiyi şəraitdə insanlar anlamadan Türkiyə ilə münasibətlərin qurulmasından danışırlar”
Digər tərəfdən, erməni müxalifətinin lideri hesab edir ki, bu kimi aksiyalar Rusiyanın təsirini azaltmaq məqsədini güdən xarici güclər tərəfindən maliyyələşir, bu isə ən çox Türkiyənin əlinə oynayır.
Manukyan hesab edir ki, müharibə bitməyib və bu xüsusda Türkiyə və İranla, digər ölkələrlə münasibətlərin qurulmasını müzakirə etmək lazımdır.
“Qarabağda və Ermənistan sərhədlərində müharibənin bitmədiyi şəraitdə insanlar anlamadan Türkiyə ilə münasibətlərin qurulmasından danışırlar ki, bu da baş verərsə bizim üçün ikinci kapitulyasiya aktına çevirlə bilər”, deyə əslində Manukyan ucuz, xəstə erməni təfəkkürü və bəyanatı ilə Paşinyanı devirib, baş nazir seçiləcəyi halda Ermənistanı daha ağır uçuruma doğru sürükləyəcəyi anonsunu verdi.
Rövşən RƏSULOV