Rus qoşunları onlarla suriyalı muzdlunu Qarabağa necə cəlb edib? Liviyaya deyil, məhz Dağlıq Qarabağa
Suriya hökumətinin köməyi ilə rus qoşunları bu dəfə də yüzlərlə suriyalını yenidən pulla şirnikləndirərək Ermənistanda döyüşməyə cəlb edib. Eyni zamanda və yalnız döyüş məqsədi ilə digər erməni əsilli Suriyalılar da döyüş meydanına göndəriliblər.
Ötən il oktyabr ayında ABŞ əsgərlərinin bölgədən çəkilməsindən sonra imzalanan 17 sentyabr 2020-ci il tarixində hərbi razılaşma çərçivəsində, Ain al-Arabın qərbində Çərikli kəndi yaxınlığında Rusiya-Türkiyə ortaq patrulları nəzarəti həyata keçirir.
Rusiyanın nəzarəti altında olan Xmeymim hava bazasından, Latakiya vilayətinin Cable şəhəri yaxınlığında, Suriyalılar Azərbaycana qarşı müharibədə erməni qüvvələri ilə birlikdə 2020-ci ilin sentyabr və oktyabr aylarında Liviyaya göndərildikləri kimi, eyni ilə muzdlu kimi döyüşə göndəriliblər. Şahid ifadələrinə və “Suriyalıların Həqiqət və Ədalət üçün” (STJ) təşkilatının ifadələrinə və bir neçə etibarlı mənbədən alınan məlumatlara görə, Rusiya hərbçiləri Suriya hökuməti ilə verbofka üçün danışıqlar qurublar. Yeni işə götürülənlər demək olar ki, yalnız Homs və Deyr əz-Zor vilayətlərindən olan 5-ci Legionun üzvləridir.
STJ sahə müstəntiqlərinin ifadələrinə görə sözügedən döyüşçülərin, muzdluların Liviyaya getdiyi iddia edilib. Lakin orada döyüşlər səngiməyə başladıqda, münaqişə Dağlıq Qarabağ ətrafında başlayıb. Beləliklə, Rusiya qoşunları bu döyüşçüləri Liviya əvəzinə Ermənistana göndərərək hədəflərini dəyişdiriblər və planlardakı dəyişiklikləri demək olar ki, bütün əsgərlərdən gizlədiblər.
Bu hesabatda, Suriyalı döyüşçülərin, muzdluların təxmini itkiləri də əlavə olaraq ən az beş köçürmədə sənədləşdirilərək öz təsdiqini tapıb. STJ, təxminən 10 ölüm faktını qeyd edib, yalnız bir neçə cəsəd ailələrə çatdırılıb və 40-dan çox yaralı var. Bütün yaralı çağırışçılar Ermənistandan Homs vilayətinə qaytarılıb və yerli hərbi xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, hesabatda Suriya ermənilərinin Beyrut və Şam hava limanları vasitəsi ilə Ermənistana onlarla uçuş reysi sənədləşdirilib. Lakin bu uçuşlar Rusiya hərbçiləri tərəfindən həyata keçirilməyib, Livan və Suriyadakı erməni siyasi təşkilatları tərəfindən və yalnız hərbi məqsədlə təşkil edilib ki, bu hallarda pul hərəkətverici qüvvə hesab olunmur.
Qeyd etmək lazımdır ki, bu hesabat həm silahlı, həm də mülki olan minlərlə Suriyalının xarici müharibə bölgələrinə davamlı cəlb edilməsini araşdırmaq üçün geniş bir STJ səyinin yalnız bir hissəsidir və indiyə qədər bu işə əsasən Türkiyə və Rusiyanın nəzarəti altında aparılırdı.
Hesabat məqsədi ilə STJ, Suriyalı hökumət qüvvələri və erməni mənşəli döyüşçülər, mülki vətəndaşlar, o cümlədən araşdırılan dövrdə Dağlıq Qarabağa göndərilən əsgərlərin ailə üzvləri daxil olmaqla, ümumilikdə 10 müsahibə aparmışdır. Buradakı ifadələri verilən şəxslərlə bu ilin 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında şəxsən və ya onlayn şəkildə əlaqə saxlanılıb.
Bundan əlavə, STJ-nin rəqəmsal məhkəmə kriminalistikası, ekspertizası Suriyadan döyüşçüləri Ermənistana gətirən təyyarələrin uçuşlarını da izləyib və komandanın topladığı açıq mənbəli məlumatları analiz edib.
Suriyalılar orduya muzdlu kimi qoşulub. Bəs bu verbofka necə həyata keçirilib?
Bildirilir ki, verbofka Suriya hökumət qüvvələrini köməyə çağıran Xmeimim aviabazasında yerləşdirilən Rusiya qüvvələrinin birbaşa istəyi ilə təşkil edilib. STJ-nin ifadəsinə görə, yüksək səviyyəli klan məmurları, onlarla sıx əlaqəsi olan qeydiyyatçılar bir tərəfdən, rus qoşunları arasında vasitəçi rolunu oynayanlar digər tərəfdən olmaqla sonuncuların böyük rolu olub.
Deyr-əz-Zorda, hərbi və mülki mənbələr, tanınmış klan xadimlərinin və hökumətyönlü komandirlərin Suriyalı kişilərin işə qəbul edilməsini asanlaşdırdığını, bəzilərinin diqqətini cəlb etdiyini və daha sonra onları Rusiya qoşunlarına tövsiyə etdiklərini göstərən məlumatlar təqdim ediblər. İşə qəbulda, verbofkada iştirak edən vasitəçilər, brokerlər arasında S. əl-Hərbi, M. əl-Fayad, M. əl-Hamud və F. əl-İraqiyyə də var.
Homs əyalətində, xüsusilə də şərq ətrafındakı bölgələrdə, Bani Xalid qəbiləsinin şeyxi F. əl-Haddar və əl-Favaer qəbiləsinin şeyxi M. əl-Fadu, eləcə də M. əl-Mələxm və A. Əl-Nasif başda olmaqla, hansıki, Əl-Nəim qəbilələrinin aparıcı simaları hesab olunur, görkəmli simalar tərəfindən işə qəbul asanlaşdırıldı.
Rusiya tərəfindən qurulan və Suriya silahlı qüvvələrinin tərkibində fəaliyyət göstərən 5-ci Legionun hərbi qulluqçularını göstərən iki qrup silahlı, muzdlu qrup 21 oktyabr 2020-ci ildə Ermənistana gətirilib. İlk partiyanı 23 nəfəri işə qəbul edən M. əl-Hamoud, ikinci partiyanı, 14 əsgər daxil olmaqla, M. əl-Fayyad təşkil edib. Onlar Xmeymim hava bazasına aparılıb və daha sonra Ermənistana göndərilib.
Liviyaya yox Ermənistana göndəriliblər.
Ermənistanda çoxlarının muzdlu kimi işə götürülməsi Liviya ilə müqayisədə daha sadə idi, deyə STJ sahə tədqiqatçılarına müsahibə verən şahidlər bildirib. İşə qəbul olunanlara və ya ailələrinə əsl təyinat yeri barədə heç bir məlumat verilməyib. Hətta bir çox ailə, oğullarının Liviyada müəyyən tapşırıqları yerinə yetirdikləri qənaətində olduqları halda, onların Ermənistanda döyüşdüklərini eşidəndə şoka düşüblər.
Bunu şərh edən 5-ci Legion kapitanı deyib:
“Ermənistanda döyüşə göndərilən əsgərlərə prosesin təfərrüatları barədə tam məlumat verilməyib. Bu aylarda bir neçə vilayətdə bu cür işə qəbul olunmalarına dəstək kampaniyalarının başladığını nəzərə alaraq, başlanğıcda onlar, pul müqabilində Liviyada döyüşmək üçün qeydiyyatdan keçiblər. İnanıram ki, hərbi əməliyyatlar gücləndikdən və Liviyadakı aktiv döyüşlər dayandırıldıqdan sonra işə qəbul edilənlər Ermənistana göndərilib. Mən deyərdim ki, bu çox yaxşı olub, çünki, onlar gözləmə siyahısında idilər."
Ermənistandakı hərbi əməliyyatlara görə söz verilən maaşlarla əlaqədar olaraq kapitan əlavə edib:
“Maaşlar ixtisas və tələb olunan bacarıqlardan asılı olaraq 1000-2000 dollar arasında tez-tez dəyişib. Bununla yanaşı, fiziki zərər və ya xəsarət halında kompensasiya nəzərdə tutulmayıb. İtkin düşənləri axtarmaq və ya məhbus mübadiləsi sövdələşmələri aparmağa borclu deyildik. Bununla bərabər, işə qəbul edilənlər ödənişi özləri də ala bilərdilər, yaxud işin müqabilində öz payları ailə üzvlərinə işə imza atan brokerlər tərəfindən verilə bilərdi.”
Liviyaya deyil, Ermənistana göndərilən əsgərlərdən birinin anası onların manipulyasiya etdiyini söyləyib. Oğlunun ən kiçik bir məlumat, işarə belə olmadan Ermənistana göndərildiyini də o bildirib.
Oğlu döyüşə göndərilən həmin qadın STJ tədqiqatçısına bunları söyləyib:
“Pula çox ehtiyac duyurduq və buna görə də oğlum silahlı qrup olan əl-Hərbi briqadasına qoşulmaq niyyəti ilə S. əl-Hərbi ofisinə üz tutub. Orada yaxşı maaş müqabilində onu Liviyaya getməyə razı salıblar. O, adını qeyd edib, amma dərhal yox. Ona 15 sentyabr tarixində zəng gəlib ki, Liviyaya bir təyyarə tezliklə yola düşür. Bunun ardınca, ertəsi gün oğlu evdən çıxıb, 18 sentyabrda zabitin cib telefonu ilə Xmeymim hava bazasından bizə zəng edib və Liviyadakı həyati əhəmiyyətli obyektləri qorumaq vəzifəsi aldığını söyləyib. Bu, onun haqqında son dəfə eşitdiyimiz, son məlumatımız olub. Daha sonra əl-Hərbi ofisindən olan insanlar bizə oğlumun və digər gənclərin Liviyaya deyil, Ermənistana köçürüldüklərini deyərək, orada silahlıların az olduğunu söyləyiblər. Onun harada olduğunu öyrənmək üçün ofisə getdik və orada oğlumun milli vəzifəsini yerinə yetirildikdən sonra yenidən qayıdacağını dedilər. Bizi əmin etdilər ki, o artıq iki aylıq əmək haqqını alıb və indi Ermənistandadır”.
Homs əyalətinin Palmira şəhərindən olan yeni cəlb olunanlardan birinin qohumu deyib ki, M.A. döyüşdə öldürülüb və cəsədi bu yaxınlarda ailəsinə təhvil verilib. M.A. özü də Liviyaya göndərilmək üçün qeydiyyatdan keçib, lakin onun da göndəriləcəyi yer dəyişdirilib, hansı ki, nə o, nə də yoldaşları bu barədə, bu dəyişiklik barədə xəbərdar deyildilər.
Haqqında danışılan insanın qohumu bunları da əlavə edib:
“Avqustun ortalarında M.A. adını Liviyaya getmək məqsədi ilə qeydiyyatdan keçirib. İşə qəbul Palmira şəhərinin Milli Müdafiə Qüvvələrinin əsgəri A. Abdulmutinin vasitəçiliyi ilə təşkil edilib. Qeydiyyatdan keçirən mənim qohumuma 1000 dollar maaşına görə 500.000 Suriya lirası (SYP) avans verib. Digər 15 nəfər qeydiyyata alınıb. Hamısı 11 sentyabrda Palmira aviabazasında toplaşmış və növbəti iki günü də orada keçirmişlər. Oradan onlar Xmeimim Air B-yə köçürülmüşlər.
Suriyalı muzdlular Xmeimim aviabazasından Ermənistana, Erebuniyə Rusiya hərbi təyyarəsi ilə gətirilib. Bu barədə STJ-yə 5-ci Legion komandiri və sahə tədqiqatçısı bildirib. Çağırışçılar əvvəlcə, 19-22 sentyabr tarixlərində, qalanları isə 12, 21 və 27 oktyabr 2020-ci il tarixlərində köçürülüblər.
STJ-nin rəqəmsal məhkəmə ekspertizası yuxarıda göstərilən uçuşları izləməyə çalışıb, lakin qeydlərinin heç biri Flightradar24 veb saytında mövcud olmayıb.
Ölüm və zədə
Sentyabr və oktyabr aylarında Rusiya qüvvələri Ermənistanda öldürülən ən azı 15 suriyalı muzdlunun cəsədini daşıyıblar. Eynilə, Xmeymim hava bazasından ən az 12 yaralını Homs hərbi xəstəxanasına köçürüblər.
Homs hərbi xəstəxanasında bir tibb işçisinin verdiyi məlumata görə, Xmeymim aviabazasından ölən və ya yaralanan əsgərlərin altı partiyası avqust, sentyabr və oktyabr aylarında Liviya və Ermənistandan gəlib. Son iki partiyanın şübhəsiz ki, Ermənistandan gətirildiyi də vurğulanıb.
Tibb işçisi deyib:
“Son üç ayda 35 döyüşçünın cəsədi və bundan daha çox yaralı Xmeymim aviabazasından xəstəxanaya çatdırılıb. Onlar Liviyada və Ermənistanda döyüşüblər. Bir çox cəsəd hələ də ailəsi tərəfindən götürülməyib."
O, həmçinin əlavə edib:
“29 sentyabr və 12 oktyabr tarixlərində dəri üzərində qəlpə yaraları və güllə yarası izləri olan 9 cəsəd təslim edilib. Ölənlər, çox ehtimal ki, Ermənistandan daşınırdı. Bu barədə Xmeymim aviabazasından xəstəxanaya çatdıran yaralılar zabitlər məlumat veriblər."
Eyni kontekstdə, 12 və 27 oktyabr tarixlərində Ermənistanda öldürülən 5 Suriyalı muzdlu cəsəd iki partiyada Tartu hərbi xəstəxanasına çatdırılıb. Daha sonra xəstəxanadan Deyr əz-Zor hava limanına aparılıb. Orada isə ailələrinı gəlib ölmüş oğullarının cəsədlərini götürmək təklif edilib.
Deyr əz-Zordan olan və hələ də Ermənistandan köçürülməmiş daha 14 yaralı yaraqlı haqqında məlumat var.
Bu yaxınlarda Ermənistanda öldürülən muzdlu əsgərin valideynləri ilə 4-cü diviziya nümayəndələri əlaqə saxlayıblar və gəlib oğlunun cəsədini yaralı qohumu ilə birlikdə götürmələrini xahiş ediblər.
Ailəsi belə nəql edir:
“Xəbəri 4-cü bölmə çatdırdı. H.A. ancaq yaralı olub. M.A. isə öldürülüb. Onların sözlərinə görə, xaricdə vəzifə yerinə yetirərkən ölüb. Cəsədi və yaralı gənci Homs hərbi xəstəxanasından çıxara biləcəyimizi bizə dedilər. Biz oktyabr ayının ikinci yarısında həqiqətən oraya getdik və həm öldürülənlərin, həm də yaralananların Xmeymim aviabazasından hərbi təyyarə ilə xəstəxanaya aparıldığının şahidi oluq."
Suriya erməniləri müstəqil olaraq Dağlıq Qarabağdakı döyüşə girirlər
Beş Suriyalı-erməni mənbələrindən gələn məlumatlara əsasən STJ, Suriyada və sığınacaq tapdıqları digər ölkələrdə yaşayan onlarla erməninin erməni qoşunları ilə birlikdə döyüşməyə getdiyini sənədləşdirib, qeyd edib. Qeyd edilib ki, bunlar müstəqil şəkildə və ödəniş məqsədləri olmadan iştirak ediblər. Bu kimi səfərlər Suriyadakı rəsmi qurumlarla koordinasiyalı şəkildə təşkil edilməyib, əksinə, bu şəxslər və Ermənistandakı hərbi təşkilatlar arasında koordinasiya edilib. Bu insanların bəziləri döyüşlər zamanı öldürülüb.
Suriya-erməni silahlılarından biri STJ-yə bunları söyləyib:
“Növbətçi adlanır. Biz ora varlığı təhdid, təhlükə altında qalan ermənilərin müdafiəsi üçün gəldik. Bu döyüşçülər Suriya, Livan, Cənubi Amerika və hətta Kanadadan gəlmişdilər. Ən azı 147 nəfər idik. İrəvanın paytaxtındakı düşərgələrdə silah istifadəsi ilə bağlı qısaca təlim keçdik. Sonra da hər birində 30 könüllü olan hissələrə bölündük."
Döyüşçü eyni zamanda əlavə edib:
“Müharibənin əvvəlindən bəri erməni könüllülər, xüsusilə Livan və Suriyalılar işə cəlb edilib. Livanın Burj Hammud şəhərində olanlar, adlarını Ermənistanın Qurtuluşu üçün Erməni Gizli Ordusunda (ASALA) qeydiyyatdan keçirirdilər. Rusiyanın Əl-Hasakah vilayətində müəyyən etdiyi müttəfiq qüvvələrin digərləri, Dağlıq Qarabağ münaqişəsi veteranı Rizjan Sarandjyanın komandanlığı altında könüllü olaraq iştirak ediblər. Ermənistandakı döyüşlərdə iştirak etmək üçün Suriya və Livandan iki qrup yaraqlı gəlib. Bu barədə Latakiya vilayətinin Kessabdakı erməni xristianlarının sözçüsü Qaro Mancikyan STJ-yə bildirib.
O, əlavə edib:
“İlk partiya 6 oktyabr 2020-ci ildə Beyrut hava limanından yola düşüb. Bununla birlikdə ikinci partiya 17 oktyabr 2020-ci ildə Cham Wings Hava Yollarının yola saldığı Şam Beynəlxalq Hava Limanından yola salınıb. İkinci qrupa erməni könüllüləri və İran Qüds Gücünün digər üzvləri də daxil idi.”
Həmçinin qeyd edib:
“Latakiya vilayətindəki Kessaba erməni kəndlərinin əhalisi Dağlıq Qarabağla bağlı mübahisə düşəndə demək olar ki, tamamilə Livana köçüb.
Tərcümə etdi: İnam Hacıyev
Müəllif: İnam Hacıyev