Həmsədrlər separatçıların başçısı ilə görüşməkdən imtina edib
ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endrü Şofer separatçıların rəhbəri Araik Arutunyan ilə görüşməkdən imtina ediblər.
DİASPOR.İNFO xəbər verir ki, erməni mənbələri guya Qarabağ separatçılarının başçısının həmsədrlərlə görüşmək istəməyib. Səbəb rusiyalı həmsədrin görüşə qatılmaması olub. Buradan belə nəticəyə gəlmək olar ki, ya Arayik Arutyunyan yalan danışır, ya da həmsədrlərin gözükölgəli işləri var. Hər ikisi də ola bilər...
234