“Hər xalqın taleyinə bu cür liderlərin rəhbərlik etməsi qismət olmur” ÖZƏL-MÜNASİBƏT
“Dövlətlərin inkişafında, onların güclü təməllər üzərində qurulmasında liderlərin apardığı fəaliyyətin, yürütdükləri siyasətin, xalqa, vətənə bağlı olmaları ən vacib faktorlardan biridir. Bu baxımdan müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında rol oynayan iki böyük şəxsiyyətin fəaliyyəti misilsizdir. Hər bir xalqın taleyinə bu cür liderlərin davamlı olaraq rəhbərlik etməsi qismət olmur. Bu baxımdan biz özümüzü şanslı xalq saya bilərik.” Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
İctimai birliyin sədri xüsusilə vurğulayıb ki, həm XX əsrin sonuna yaxın müstəqilliyimizi əldə etməyimiz və bu müstəqilliyi qoruyub saxlayan, güclü təməllər üzərində dövlət quran iki dahi liderin rəhbərlik etməsi xalqımıza Tanrıdan bəxş edilmiş xoş bir hədiyyədir.
“Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdaraq Azərbaycanı uçurumdan xilas etməsi, dövlətçiliyimizi qurması və onun layiqli davamçısı İlham Əliyevin bu dövlətçiliyi qoruyaraq güclü hərbi-iqtisadi gücə malik dövlət yaratması dünyaya günəş kimi yenidən doğulan Azərbaycanı parlatdı. Cənab İlham Əliyev Ümummilli Liderin apardığı siyasətin davamı olaraq bütün sahələr üzrə Azərbaycanın inkişafına nail oldu. Yüksək peşəkarlıq və uzaq hədəflərə hesablanmış neft-qaz layihələrinin icrası, qeyri neft sektorunun inkişafı, elm, təhsil, mədəniyyət sahələrinin dirçəldilmısi istiqamətində atılan bütün addımlar özünün tam bəhrəsini verərək, xalqın firavan yaşamasına əsas zəmin oldu.
Nəzərə almaq lazımdır ki, Sovet İttifaqından ayrılan Azərbaycanın iqtisadiyyatı demək olar ki yox səviyyəsində idi. Bundan əlavə erməni işğalçıları tərəfindən 20 faiz torpaqlarımızın işğalı, milyona yaxın vətəndaşlarımızın qaçqın-köçkün vəziyyətinə düşməsi, müstəqilliyin ilk illərində baş verən siyasi hərc mərclik və bunun nəticəsində Azərbaycanın talan edilməsi, elm, təhsil, mədəniyyət sahələrinin tənəzzülə uğraması nəticəsində yaranmış mənzərə çox acınacaqlı idi. Lakin yüksək siyasi iradə, liderlik qabilliyəti, ən əsası isə xalqına vətəninə olan sevgi, Ümummilli Liderin yüksək idarəçilik məktəbinin yetirməsi kimi İlham Əliyev bütün bu ağır göstəriciləri cəmisi 17 il ərzində təmamilə aradan qaldıraraq Azərbaycanı dünyanın bütün reytinq indeksləri üzrə yüksək nəticələrə yüksəltməsinə nail oldu. Dünyanın heç bir ölkəsi bu az müddətdə bu cür yüksək nəticələr əldə etməyib. Bu günkü inlişaf etmiş dövlətlər buna əsrlərlə nail olublar. Nəzərə alsaq ki, bu inkişafa Azərbaycan paralel olaraq müharibə vəziyyətində nail olub, onda dünya tarixində bu bir ilkdir.
İlham Əliyev iqtisadiyyatı yenidən qurmaqla yanaşı, Azərbaycan ordusunu da yenidən qurdu. Hərbi sənaye kompleksləri yaradılaraq inkişaf etdirildi. Ordu müasir silahlarla təmin edildi. Hərbi kadrların yetişdirilməsi istiqamətində çox böyük addımlar atıldı. Nəticədə regionun ən güclü ordularından biri yaradıldı.
Diplomatiya sahəsində aparılan gərgin işlər öz bəhrəsini verməyə, dünyanın ən aparıcı siyasi qurumlarında Azərbaycana qarşı mövqe dəyişməyə başladı, haqq səsi dinlənildi. Azərbaycanın ərazi bütövlüyü dünya ölkələri tərəfindən dəstəkləndi. Diaspora quruculuğu üzrə aparılan fəaliyyət, yüz illərlə formalaşan güclü erməni diasporunun fəaliyyətini iflic etdi. Dünyanın aparıcı KİV-ləri Azərbaycan haqqında materiallar işıqlandırmağa başladılar.
Azərbaycanda aparılan geniş quruculuq işləri turizmin inkişafına təkan oldu. Dünyanın hər yerindən gələn turistlər yeni bir dünya kəşf etdilər. Prezidentin siyasətinin əsas tərkib hissəsi olan stabillik, tolerantlıq, multukultiralizm ideyaları Azərbaycanı ən nüfuzlu beynəlxalq siyasi, mədəni, idman elmi tədbirlərin ev sahibinə çevirdi. Sağlam düşüncəyə malik beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını misal göstərməyə və torpaqlarının işğalını pisləməyə başladılar”, deyə İctimai Birliyin sədri öz əminliyini ifadə edib.
Anar Xəlilov qeyd edib ki, görülən işləri, uğurları bir yazıya sığışdırmaq olmaz.
“Ötən illər ərzində dünya və eləcədə xalqımız Azərbaycanda kosmik bir inkişafın şahidi oldu. Azərbaycan bir heyrətləndirici uğurunu da əldə etdi. Kosmosa iki süni peyk çıxartmağa nail olan Azərbaycan, kosmosu da fəth etdi. Bütün bunlar Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin və apardığı islahatların bəhrəsi idi.
Amma daha böyük uğur irəlidə idi. Torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan mənfur qonşularımız siyasi yolla münaqişəni həll etmək niyyətindən çox uzaq idilər. Faşist ideologiyasına köklənmiş erməni siyasətçilər işğal olunmuş ərazilərlə kifayətlənmədiklərini bəyan edərək yeni işğal proqnozları səsləndirirdilər. Azərbaycanı təhdid və təxribatlarla təslimçi sülhə məcbur etmək niyyəti yürüdürdülər. Müxtəlif bəhanələrlə danışıqlar prosesini yubadaraq mövcud status kvonu saxlamağa çalışırdılar. Bütün bu eybəcər və mənfur erməni siyasətinə və onun havadarlarının təzyiqinə çox böyük səbrlə yanaşan, siyasi iradə, qətiyyət nümayiş etdirən İlham Əliyev ağıllı, uzaqgörən, düşünülmüş siyasi strategiyası ilə düşmənlərlə diplomatik dildə lazım olan ana qədər mübarizə apardı. Diplomatik qələbə artıq qazanılmışdı. Dünyanın heç bir ölkəsi və nüfuzlu beynəlxalq təşkilatı Qarabağda qondarma qurumu tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi.
Hərb meydanında da sözümüz deyildi. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu erməni ordusuna layiqli cavab verdi. Ali Baş Komandan olaraq Cənab İlham Əliyevin yaratdığ və rəhbərlik etdiyi Azərbaycan ordusu erməni ordusunu məhv edərək strateji yüksəklikləri azad etdi. Havadarlarının himayəsi ilə rüsvayçılıqdan yaxalarını qurtaran ermənilər həyasızcasına təmas xəttində mütamadi təxribatlar həyata keçirtməyə başladılar. Ali Baş Komandan etdiyi xəbərdarlıqların erməni rəhbərliyinə təsir etmədiyini və onların xalqını düşünən siyasətçi olmadıqlarını bir daha dünyaya bəyan edərək, növbəti təxribatlarında əks hücüm əmri verdi. Artıq bütün sahələrdə güclü olan Azərbaycanın qarşısında heç bir qüvvə onun torpaqlarının azad etməsi yolundakı addımını dayandıra bilməzdi. Artıq havadarları da kömək edə bilmirdi. Cünki ağıllı və uzaq görən siyasət nəticəsində Azərbaycan tək deyildi, onun yanında qardaş Türkiyə və Pakistan kimi güclü dövlətlər yer tutaraq öz mənəvi dəstəklərini verirdilər.
Ölkə başçısının dünyanın ən aparıcı KİV-lərinə müsahibələri ilə Azərbaycanın haqq səsi və mövqeyi ortaya qoyularaq sübut olundu. Erməni lobbisinin maliyyələşsirdiyi dünyaca məşhur jurnalistlər belə Cənab İlham Əliyev zəkasının və siyasi biliklərinin qarşısında təslim oldular. Cəmisi 44 günə Ali Baş Komandanın rəhbər olduğu ordumuz bütün işğal olunmuş torpaqlarımızı azad etdi. Ermənistan rüsvayçı şəkildə təslim bəyannaməsinə qol çəkərək məğlubiyyətini etiraf etməyə məcbur oldu. Ən böyük qələbəmiz isə, Cənab Ali Baş Komandanımızın Şuşanı fəth etməsi ilə fateh adı qazanması oldu. Son iki əsr ərzində Azərbaycan tarixində bu cür qızıl hərflərlə yazılası zəfərimiz olmayıb. Bu zəfəri qazanan onu bizə yaşadan Cənab İlham Əliyev oldu! 44 gündə komandan, siyasətçi, diplomat, lider, prezident oldu, dünyaya qarşı tək dayandı və ordusuna, xalqına güvəndi, qalib oldu! Cənab İlham Əliyev xalqının layiqli oğlu və misilsiz lideridir. Bundan sonra xalqın daimi, ömürlük prezidentidir! Bu xalqının istəyidir. Tanrı İlham Əliyevi və onun ailəsini qorusun! Yaşasın qalib Ali baş komandanımız İlham Əliyev!”, deyə Anar Xəlilov bildirib.
Müəllif: İnam Hacıyev