YOL MƏDƏNİYYƏTDİR-ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ SAHİBIƏRİ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla, rəhbərlik etdiyi kollektiv işini günümüzün tələblərinə uyğun olmaqla yüksək səviyyəsində qurmağı bacarır desək, yanılmarıq!
Bu sahədən yazmaq istəyim, çətin və şərəfli peşə sahiblərinin yorulmadan çalışmalarının şahidi olmağım səbəb oldu. Bu zonada şəxsi nəqliyyat vasitəsindən istifadə etdiyimə görə magistral yolların keyfiyyətli olması çox xoş haldır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “15” saylı Yol İstismarı MMC-nin direktoru Nizami Sarıyevi rayonun tikinti-quruculuq işlərində aktiv fəaliyyəti keçən bir idarə rəhbəri kimi tanıyıram.
Bir çox məlumatları və foto şəkilləri AAYDA-nın şöbə müdiri Anar Nəcəflinin sosial şəbəkələrdəki paylaşımlarından götürmüşəm. Belə ki, Nizami Sarıyevi narahat etmək istəmədim. Səbəb də, budur ki, o elə bir peşə sahibidir ki, gördüyü işlər hamının gözü qabağındadır. Əgər məqalə yazmaq istəyirsənsə Balakən rayonunun avtomobil yollarında bir müddət maşın sürmək yetərlidir.
Mənim üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində proqress, məhz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun bu vəzifəyə təyin olunmasından sonra başlandı. Bir araşdırmaçı-jurnalist kimi bu mənim şəxsi fikirimdir. Sözügedən qurum ikinci Qarabağ savaşı, “Vətən” müharibəsi başlayandan sonra bir çox müsbət keyfiyyətlərini də, biruzə verdi. Belə ki, bəzən texnikayla, bəzən Silahlı Qüvvələrimizə maddi yardım və səfərbərlikdə də, əsgərlərlə aktiv iştirak etdilər.
Aldığım məlumata görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Silahlı Qüvvələrə Yardım Fonduna 600 min azn ianə edib.
Bütün bunlar təqdirəlayiq hallardır, lakin bununla bərabər aldığımız qeyri-rəsmi məlumatlara görə Saleh müəllim idarə rəhbəri təyin edərkən yaxşı mütəxəssisə daha çox üstünlük verir. Yəni bir çox sahələrdə olduğu kimi təsadüfi adamları idarə rəhbəri təyin etmir. Odur ki, rastlaşdığım və ümumiyyətlə tanıdığım Yol İstismarı MMC rəhbərlərinin hamısı uzun müddət sözügedən sahədə çalışmış və təcrübəli mütəxəssislərdiir. Buna görə şəxsən bir Azərbaycan ziyalısı kimi Saleh Məmmədova xüsusi təşəkkürümü bildirirəm.
Mən uzun illər Şamaxıdan-Balakənədək zonada bölgə müxbiri kimi işləyirəm. Deməli həmişə avtomobil yollarından istifadə edirəm.
Nizami Sarıyevin qıssa müddətdə işlədiyi rayonda, sadə bir idarə rəhbəri kimi böyük nüfuz sahibi olması Saleh müəllimin düzgün kadr təyinatının bariz nümunəsidir. Bu insan mətbuat, televiziya ekranlarında görsənməyi sevməsə də, onun əməli işi hamının gözü qarşısındadır. Ümumiyyətlə bu çətin və şərəfli peşə sahibləri ilin bütün fəsillərində açıq hava altında işləyirlər. İstər qızmar yay günlərində 40 dərəcə istilik olsun, istər də, qarlı-çovğunlu günlərdə buz bağlamış yollarda yenə də, sözügedən sahənin işçiləri fəaliyyətlərini davam etdirirlər.
Prezident İlham Əliyevin də bu sahəyə diqqət ayırması nəzərimizdən qaçmır.
Belə ki, Cənab Prezident tez-tez Avtomobil yollarının təmirinə vəsait ayırır. Və çox zaman həmin yolların açılışında şəxsən özü də, iştirak edir. Bu gün Azərbaycan Avtomobil yolları standartlara fikir verəriksə heç də, Avropa yollarından geri qalmır.
Prezident İlham Əliyevin iyulun 29-da İsmayıllı, Qəbələ, Şəki və Balakən rayonlarına səfəri zamanı 70 mindən artıq əhalinin yaşadığı 49 yaşayış məntəqəsini əhatə edən, ümumi uzunluğu 163 km olan 4 avtomobil yolunun açılışını edib, daha 4 avtomobil yolunun və 1 körpünün də təqdimatı olub. Əlavə olaraq dövlətimizin başçısı Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 76.6 km-lik Muğanlı-İsmayıllı–Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
Məlum olduğu kimi Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur. Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilib, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılıb. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olandan sonra asfaltlanma işləri icra olunub. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir. Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.
İşlər təkcə bununla bitmir.
Belə ki, Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur. Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulması yekunlaşıb. Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilib, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılıb. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olandan sonra asfaltlanma işləri icra olunub. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir. Əlbəttə ki, bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.
Bundan əlavə Balakən rayonunda bu layihələr çərçivəsində cari ildə uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılıb. Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3 və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 7 m, çiyinlərin eni 2 və 2.5 m olmaqla ümumi eni 10 və 12 m təşkil edir.
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılıb. Daha sonra asfaltlanma işləri həyata keçirilib. Belə ki, yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb. Avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Atalarımızın belə bir el məsəli var.” Torpağı qoruya bilmirsənsə əkməyə, əkə bilmirsənsə qorumağa dəyməz” Bu el məsəlini hesab edirəm ki, AAYDA-nin 15 saylı Yİ MMC-nın direktoru Nizami Sarıyev çox yaxşı bilir və ona əməl edir. Əks təqdirdə yağan yağışlar və s.təbiət hadisələri avtomobil yollarına xeyli ziyan vurur. Buna baxmayaraq, Nizami müəllim bütün gücüylə çalışır ki, rəhbərliyinə sədaqətli olduğunu və öz işinin peşəkarı olduğunu sübut etsin. Hər halda kənardan bu belə görünür. Hətta bir Naxçıvanlı kimi arzu edirəm ki, Mehridən keçməklə Mincivan qəsəbəsi və Ordubad rayonuna, ümumiyyətlə Naxçıvana kimi tikiləcək avtomobil yolunun tikintisini Nizami Sarıyev kimi peşəkar mütəxəssislər icra etsəydilər çox xoş olardı, çünki həmin yollardan daha çox bizlər istifadə edəcəyik.
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü
539