Putin Sarkisyana nə göndərib? MARAQLI HƏDİYYƏ
Ermənistan prezidenti Armen Sarkisyan Rusiya lideri Vladimir Putindən hədiyyə olaraq poçt markalarını alıb. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Rusiya Federasiyası prezidenti adından Ermənistan Respublikasının prezidenti Armen Sarkisyana Sovet İttifaqı Qəhrəmanı Gevork Vartanyana həsr olunmuş xatirə poçt markaları kolleksiyası hədiyyə edilib.
Göründüyü kimi, Rusiya lideri Ermənistan rəhbərlərinə yalnız bu şəkildə bundan sonra hədiyyə edəcəyi bəlli olur. Belə bir gündə, yeni il və Milad bayramı ərəfəsində erməni prezidentinin Putindən belə bir hədiyyə alması erməni cəmiyyətində də müzakirə mövzusuna çevrilib. İndi ermənilər yaxşı başa düşürlər ki, Rusiyadan bundan sonra bundan artıq hədiyyə gözləməyə dəyməz.
Müəllif: İnam Hacıyev