Gələn il sabit vəziyyət gözlənilir - Sergey Lavrov
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, keçmiş Sovet İttifaqı ərazisində 2021-ci ildə ümumiyyətlə sabit bir vəziyyət gözlədiyini bildirib. DİASPOR.İNFO xəbər verir ki, Lavrov bunu TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində deyib.
“Keçmiş SSRİ ərazisindəki vəziyyətin ümumiyyətlə sabit olacağını gözləyirik. Bunun səbəbləri var. Məsələn, Rusiyanın ardıcıl hərəkətləri nəticəsində Qarabağ münaqişəsi zonasında atəşkəs əldə edilib. 9 noyabrda imzalanan üçtərəfli bəyanat, Dağlıq Qarabağ böhranının Ermənistan və Azərbaycan xalqlarının mənafeləri baxımından ədalətli əsaslarla uzunmüddətli və tam şəkildə aradan qaldırılmasının təməlini qoyur”, deyə Lavrob bildirib.
Müəllif: İnam Hacıyev
219