TAP ilk qazı nəql etməyə başlayır - VİDEO
TAP Azərbaycandan təbii qazın daşınmasına başlayır". DİASPOR.İNFO xəbər verir ki, bu barədə TAP-ın icraçı direktoru Luca Schieppati özünün tvitter hesabında yazıb.
İcraçı direktor bildirib ki, qaz axını artıq Yunanıstan, Bolqariya və İtaliyaya çatıb: "Bu gün layihəmiz, ev sahibi ölkələrimiz və Avropanın enerji mənzərəsi üçün tarixi bir gündür".
15 Noyabr 2020-ci il tarixində ticari əməliyyatların başlamasından sonra Trans Adriatik Boru Kəməri (TAP) AG bu gün Azərbaycandan qaz axınının başlamasını təsdiqləyib. İlk qaz DESFA ilə Nea Mesimvria əlaqələndirmə nöqtəsi ilə Yunanıstan və Bolqarıstana, eləcə də İtaliyaya, SNAM Rete Gas (SRG) ilə Melendugno əlaqə nöqtəsi vasitəsi ilə çatıb.
TAP-ın icraçı direktoru Luca Schieppati bunları söyləyib: “Bu gün həm layihəmiz, həm də ev sahibi ölkələrimiz və Avropanın enerji mənzərəsi üçün tarixi bir gündür. TAP, enerji keçid yol xəritəsinə töhfə verən qitənin qaz şəbəkəsinin vacib bir hissəsidir. Cənubi Şərqi Avropa ölkələrinə və xaricinə etibarlı, birbaşa və sərfəli nəqliyyat marşrutu təklif edirik".
TAP-ın Ticarət şöbəsinin rəhbəri Marija Savova əlavə edib: “Qaz tədarükünün başlanması Avropanın qaz bazarı üçün əhəmiyyətli bir mərhələdir. Qarşıdakı aylarda və illərdə malgöndərənlərə nəqliyyat xidmətləri göstərməyi səbirsizliklə gözləyirik, eyni zamanda TAP-ın gələcək genişlənməsini təmin edəcək boru kəmərinin ötürmə qabiliyyətini 20 milyard kubmetrə qədər artıraraq bazarda sınaq imtahanımızın ikinci mərhələsinə başlamağı da gözləyirik".
TAP təbii qazın Avropanın bir çox bazarına nəqli ilə maraqlanan malgöndərənlərə imkan təmin edən bir Transmissiya Sistemi Operatorudur. Yeni qaz idxal marşrutu olaraq Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini, bazar inteqrasiyasını və Aİ-nin dekarbonizasiya səylərini gücləndirir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng Şahdəniz yatağından Avropaya təbii qaz nəql edir. 878 km uzunluğundakı boru kəməri, Kipoidakı Türkiyə-Yunanıstan sərhədindəki Trans Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Cənubi İtaliyaya sahilə çıxmadan əvvəl Yunanıstan və Albaniya ilə Adriatik dənizini keçir.
TAP perspektivli əlaqələndiricilər vasitəsilə Cənubi Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaqdır. Xüsusilə Bolqarıstan, Interconnector Greece Bulgaria (IGB) başa çatdıqdan sonra TAP vasitəsi ilə ümumi qaz tələbatının 33%-ni ödəyə biləcəkdir. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları ilə birlikdə İtaliyadakı mənzərə, qazın Azərbaycandan daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır.
Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TAP Avropa üçün strateji və iqtisadi cəhətdən vacibdir və yeni təbii qaz mənbəyinə etibarlı çıxışın təmin edilməsində vacibdir. TAP Avropanın enerji təhlükəsizliyini, tədarükün şaxələndirilməsini və dekarbonlaşdırma hədəflərini artırmaqda əhəmiyyətli bir rol oynayır.
TAP-ın səhmləri bp (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (% 5)-dən ibarətdir.
[media=]