"Qiyamət ABŞ-dan başlayacaq" Aleksey Puşkov
Dünyanın sonu ABŞ-dan başlayacaq və Vaşinqtonda Capitolinin ələ keçirilməsi vətəndaş müharibəsindən xəbər vermir, ancaq ölkədə barışın, sülhün sona çatdığına ciddi işarədir. DİASPOR.İNFO RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib.
Telegram kanalında senator ABŞ-dakı çevriliş cəhdi ilə bağlı açıqlamaları cəfəngiyat adlandıraraq hadisənin qanuna zidd olduğunu qeyd edib.
"Bəs nümayişçilərin silahı olmasaydı, liderləri olmasaydı, hərəkət proqramı olmasaydı, xüsusi xidmət orqanlarının heç bir hissəsi və ya təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənməsəydi, tək bir siyasi qüvvə və hətta bir respublikaçı siyasətçi olmasaydı, hansı dövlət çevrilişi ediləcəkdi?", deyə Puşkov sual ünvanlayıb.
Eyni zamanda, Puşkov əminliklə bildirib ki, prosesə, onun poqromlarına və iğtişaşlara keçən yaydan start verilib.
"Cəmiyyətin görünməmiş miqyasda və şiddətdə bölünməsini ifadə edən sivil dünyanın sonu, əvvəlki Amerikanın keyfiyyətcə yeni bir vəziyyəti başlayır", deyə Puşkov bildirib.
Müəllif: İnam Hacıyev