Patriarx Kirill, Qarabağ Azərbaycandır! TƏRS BAXIŞ + ÖZƏL
Və ya imanı olan şəxs həqiqəti deməlidir
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Qarabağ danışıqlarında dini liderlərin də fikirlərinin diqqətə alınmasına çağırış edib. DİASPOR.İNFO xəbər verir ki, bu haqda Sputnik Armeniya Rossiya 1 telekanalına istinadən yazır. Belə ki, Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri eyni zamanda Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak etməyə, problemin həllinə özünün sülhməramlı dəstəyini göstərməyə hazır olduğunu da deyib.
O, xatırladıb ki, RPK Qarabağ probleminin müzakirəsində bütün ermənilərin katolikosu II Qareginlə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştiraklarının təşəbbüsskarı olub. Onun sözlərinə görə, bir neçə raundlu görüşlər keçirilib və tərəflər müəyyən razılıqlara gəliblər.
Buraya qədər yaxşı gətirən “əlahəzrət” Kirill sonradan Allahın bəyəndiyi həqiqətə qarşı hansı yalanı danışıb?
“Düşünürəm ki, bu danışıqların əsas nəticəsi ondan ibarətdir ki, arxalarında xalqın böyük hissəsi dayanan iki dini lider bir-biri ilə danışıblar və bu danışıqlar sakit tərzdə keçib, yəni o mənada ki, heç bir gərginlik, ittiham olmayıb”, deyə billdirən Kirill əlavə edib ki, hər iki tərəfin arqumentləri olub və bu aqrumentlər həqiqəti əks etdirib. RPK rəhbərinin sözlərinə görə, danışıqlar əsnasında birmənalı və konkrert nəticələr hasil edilib - əsirlərin dəyişdirilməsi, dini simvolların, ifadələrin, motivizasiyaların istifadə edilməməsi və s.
Və buraya qədər necə deyərlər, yaxşı gətirən “əlahəzrət” Kirill növbəti fikrində ciddi siyasi səhvə yol verib, həmçinin Allahın bəyəndəyi həqiqətə qarşı yalan danışıb. Bəs nə olub həmin yalan?
Beləliklə, onun növbəti fikirlərinə diqqət yetirək. O, sülhün olacağına ümidvar olduğunu deyib. SİTAT: “Həm Ermənistanın, həm Qarabağın, həm də Azərbaycanın kilsə və dini qurumlarının mövqeyindən kənarda dayanıram”.
Daha bundan sonra “Allah qoysa dinlərin sülhməramlı potensialı insanların əllərindəki silahları yerə buraxacaq” tipli duaya-filana da ehtiyac qalmır!
Maraqlıdır, məgər Qarabağda ikinci erməni dövləti və bu dövlətin dini qurumu mövcuddur ki, həmin bölgə Azərbaycandan kənarda göstərilir? Necə yəni həm Ermənistanın, həm Qarabağın? Bunu necə anlayaq cənab Kirill? Daha yaxşı olmazdımı ki, Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq təqdim edib, oradakı erməniləri Azərbaycandakı xristianlar olaraq göstərəsiniz?
Bax, məsələ də bundadır ki, hətta gecə-gündüz kilsədə xaç çevirib Allaha dua edən o boyda din adamı belə, əlinə düşən fürsətdə Azərbaycanın deyil, bəli, məhz Azərbaycanın deyil, dolayısı ilə Ermənistanın səmərəsinə, təəssübünə xarakterik bəyanat səsləndirir! Əgər belə olmasa idi həm “Ermənistanın, həm Qarabağın” ifadəsinə xalaxətrinqalmasın tipli “həm də Azərbaycanın” kəlməsini “quyruq” kimi qoşmazdın “zati aliləri” Kirill!!!
Daha bundan sonra “Allah qoysa dinlərin sülhməramlı potensialı insanların əllərindəki silahları yerə buraxacaq” tipli duaya-filana da ehtiyac qalmır. Ərazi bütövlüyümə qıyqacı baxan, əmma qoşan heç bir şəxsin fikri səmimi görünə bilməz, eləcə də Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin açıq şəkildə görünən və erməni təəssübünə söykənən bəyanatı daxil olmaqla. Birdəfəlik anlamağa və yalan danışmaqla, ədalətsiz mövqe sərgiləməklə Allahın lənətinə gəlməmək üçün cənab Kirill, bilməlisiniz ki, Qarabağ Azərbaycandır, Vəssəlam!
Rövşən RƏSULOV