VƏTƏN MÜHARİBƏSİNİ QƏLƏBƏYLƏ BAŞA VURAN ÜNAL ZƏFƏR OĞLU FƏTULLAYEV MEDALLA TƏLTİF OLUNDU.
Ünal çox xoşbəxt insandır ki, onun zəhməti olan Zəfər yürüşümüzdən sonra bu gün Prezident İlham Əliyev öz ailəsiylə Şuşaya səfər edib, Cıdır düzündə olublar.
QAZİ ZƏFƏR FƏTULLAYEVİN QARABAĞDA YARIMÇIQ QALMIŞ DÖYÜŞÜNÜ OĞLU ÜNAL ŞUŞADA TAMAMLADI. BU YOLA FÜZULİDƏN BAŞLAYAN ÜNAL FƏTULLAYEV KOMANDİRİ NƏSİMİ QULİYEVLƏ BİRGƏ, HƏM DƏ, KÖNÜLLÜ OLARAQ BAŞLADILAR.
Füzulidən sonra hadrutda da, döyüş yolu keçmiş Ünal Zəfər oğlu, Şuşada işini sona yetirdi. Və nəhayət gözü yolda qalmış anasına qovuşdu.
QAZİ ZƏFƏR FƏTULLAYEVİN QARABAĞDA YARIMÇIQ QALMIŞ DÖYÜŞÜNÜ OĞLU ÜNAL ŞUŞAYA KİMİ GEDƏN DÖYÜŞ YOLU İLƏ TAMAMLADI.
KÜRDƏMİRLİ ASLAN ÜRƏKLİ QARDAŞLAR, ÜNAL VƏ ELMİ FƏTULLAYEVLƏR ATALARI ZƏFƏR FƏTULLAYEVİN YARIMÇIQ QALMIŞ DÖYÜŞÜNÜ ZƏFƏRLƏ, HƏM DƏ, ŞUŞADA TAMAMLADILAR. BU GÜN ZƏFƏR FƏTULLAYEVİN RUHU ŞADDIR.
“Kürdəmir rayonu Qoçulu kənd sakini Zəfər Fətullayev Birinci Qarabağ savaşında Qazi olmuş hazırda haqq dünyasındadır. Rəhmətlik qazimiz şiddətli döyüşlərin getdiyi bir zamanda mühasirəyə düşdüyü üçün ayaqlarını soyuq almışdır. Ömrünün sonuna kimi Qarabağ savaşından qazandığı xəstəliyin və itirilmiş torpaqların ağrı-acısıyla yaşadı. Zəfərə ən çox təsir edən donmuş ayaqları deyil, savaşdakı məğlubiyyətimizin acısı daha çox əzab verirdi.”
Bütün bu dərtlərə dözməyən Zəfər Fətullayev 41 yaşında ürəyində yarımçıq qalmış döyüş ağrısıyla dünyasını dəyişdi. Lakin evində iki aslan oğul böyütmüşdür. Həmin vətənpərvər aslanların hər ikisi İkinci Qarabağ savaşı, “Vətən Müharibəsində” aktiv iştirak ediblər.
Belə ki, Elmi Fətullayev həqiqi hərbi xidmətdə olduğuna baxmayaraq, ( hansı ki, anaları evdə tək qalacaqdır, ) Ünal Fətullayev də, könüllü olaraq ikinci Qarabağ savaşına, “Vətən Müharibəsinə” qatılmışdı. Bəli başqa cür ola da, bilməzdi. Ünal atası Zəfərin yarımçıq qalmış döyüşünü davam etdirmək üçün Füzulidən başlayaraq, Hadrutdan da, keçən Şuşaya qədər şərəfli döyüş yolu keçmişdi. Hazırda Ünal Fətullayev ordudan tərxis olunaraq doğmalarına qovuşub.
Ünal Fətullayev Füzulinin azad olunması medalı ilə təltif olunub.
Artıq Zəfər Fətullayevin ruhu şaddır. Onun böyütdüyü hər iki oğlu atalarının yarımçıq qalmış döyüşünü axıra çatdırmaqla, həm atalarının, həm də, bütün şəhidlərimizin qisasını aldılar. Bu gün Ünalla təkcə qohum-əqraba vəyaxud tanışları deyil, bütün Kürdəmirlilər fəxr edir. Evinə qələbəylə, həm də medalla təltif olunaraq dönən Ünal ilk öncə atasının qəbrini ziyarət edib və rəhmətlik qazimiz Zəfər Fətullayevə döyüş yolu ilə bağlı hesabat verib. Ünal çox xoşbəxt insandır ki, onun zəhməti olan Zəfər yürüşümüzdən sonra bu gün Prezident İlham Əliyev öz ailəsiylə Şuşaya səfər edib.
Zaman keçəcək belə qəhrəman oğullarımız haqqında dastanlar, kitablar yazılacaq, filmlər çəkiləcəkdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
BAŞ REDAKTOR.
752