Dövlət qrumunun rəhbəri deputatı hədələyib - Deputatdan AÇIQLAMA
Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev parlamentdə BNA haqqında çıxışlarında səsləndirdiyi tənqidi fikirlərə görə, BNA rəhbərliyi tərəfindən təzyiqlərə və təhdidlərə məruz qaldığını bildirib.
DİASPOR.İNFO-nun məlumatına görə, R.Quliyev bildirib ki, BNA rəhbəri Vüsal Kərimli ona zəng edərək BNA haqqındakı mövqeyinə görə onu sorğu suala tutub və “Sənin problemin mənimlədir, yoxsa BNA ilə?” soruşaraq deputata təziq göstərib.
R.Quliyev öz çıxışında bir dövlət qurumunun rəhbərinin deputatlar bu cür təzyiq və təhdid dilində danışmasına etiraz bildirib və bunun yolverilməz olduğunu vurğulayıb. Həmçinin, R.Quliyev öz həmkarlarından dəstək istəyib.
S.Qafarova məsələ ilə əlaqədar daha sonra Rüfət Quliyevlə söhbət aparacağını bildirib.
Müəllif: Aysel Məmmədova