Azərbaycanla Türkiyə arasında yeni anlaşma memorandumu təsdiq edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında yeni anlaşma memorandumu təsdiq edilib.
DİASPOR.İNFO-nun məlumatına görə, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Deputatlar çıxış edərək memorandumun əhəmiyyətindən danışıb və sənədin təsdiq edilməsinin iki qardaş ölkə arasında media sahəsində əlaqələrin genişlənməsinə böyük töhfə verəcəyini qeyd ediblər.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
239