"Nijdeyə heykəlin qoyulması ermənilərin növbəti təxribatıdır" DEPUTAT İZAH ETDİ
"Xocəvəndin mərkəzində Qaregin Nijdeyə heykəlin qoyulması ermənilərin növbəti təxribatıdır. Ermənilər zaman-zaman təxribat əməlləri ilə bizi qıcıqlandıraraq qarşısının alınmasına məcbur edib və indi də yenidən həyata keçirdikləri təxribat əməlləri ilə özlərini ölkəmizdən tam şəkildə qovdurulmasını istəyir". Bunu DİASPOR.İNFO-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, ermənilər bütün tarix boyu faşizmə xidmət ediblər və faşizmin təbliğatçıları olublar: "Bütün dünyada faşizmin təbliğini qadağan olduğu halda ermənilər faşizmi qəhrəmanlaşdırırlar. Bu o deməkdir ki, ermənilər faşizm siyasətindən əl çəkmək istəmirlər. Əslində Rusiya da faşizmdən əziyyət çəkib. O cümlədən Nijdenin alman faşistlərin tərkibində törətdiyi cinayətləri bəllidir və Vladimir həbsxanasında ölərək çürüdüyü hamıya məlumdur. Maraqlısı odur ki, Nijdenin törətdiyi cinayətləri bəlli ola-ola rus sülhməramlıları Xocəvənddə ona heykəl qoymağına icazə verilib. Əslində ola bilsin ki, ermənilərin Xocəvənddə heykəl qoymaq planları çoxdan olub və büst də çoxdan hazırlanmışdı. Cənab Prezidentin dəmir yumruğu onların planlarını məhv etmişdi. Hər halda ermənilərin yaşadıqları ərazilərin təhlükəsizliyinə və sabitliyinə indi rus sülhməramlıları nəzarət edirsə ermənilərin belə təxribat hərəkətlərinin həyata keçirilməsinə imkan verilməməlidir. Düşünürəm ki, müvafiq dövlət qurumumuz rus sülhməramlıların rəhbərindən Nijdeyə ucaldılmış heykəlin Azərbaycanın ərazisindən çıxarılmasını tələb edəcəkdir".
Müəllif: Ceyhun Rasimoğlu