Qarabağdakı vəziyyəti müzakirə etdilər Ermənistan və Rusiya müdafiə nazirləri
Rusiya tərəfinin təşəbbüsü ilə fevralın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. DİASPOR.İNFO RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, müdafiə idarələrinin rəhbərləri tərəfindən keçən həftə baş tutan ikitərəfli Ermənistan-Rusiya hərbi əməkdaşlığına dair qərargah danışıqlarının nəticələrini, habelə müharibədən sonrakı dövrdə Ermənistanın təhlükəsizlik məsələlərinin həllinin gedişatı müzakirə edilib.
Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətindən məmnunluğunu ifadə edib. Xatırladılır ki, hər iki ölkənin müdafiə nazirləri, Vaqarşak Arutyunyan və Sergey Şoyqu regional inkişafla bağlı məsələləri də müzakirə ediblər.
Müəllif: İnam Hacıyev