Qəza zamanı hadisə yerini tərk edən sürücü... – Qaydalar dəyişir
Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir. DİASPOR.İNFO-nun məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasına müzakirə edilib.
Dəyişikliyə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.
Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müəllif: Aysel Məmmədova