BMT Baş katibi Antonio Quterreş Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT İnsan Haqları Şurasına qayıtmasını alqışlayır və ölkənin təşkilatın işinə əhəmiyyətli töhfələr verəcəyini düşünür.
Diaspor info "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Baş katib ABŞ-ın BMT İnsan Haqları Şurasına qayıtmaqla bağlı qərarını alqışlayır. Təşkilat ABŞ-ın Şuranın təxirəsalınmaz işində vacib səsinin eşidilməsini səbirsizliklə gözləyir”, - deyə Düjarrik mətbuat konfransında qeyd edib.
139