Avropa Birliyi (AB) ölkələrinin sakinləri Krımda Rusiyanın “Sputnik V” koronavirus peyvəndi ilə peyvənd olunmaq istəyirlər. Diaspor info RenTV-yə istinadən xəbər verir ki, bunu Krım parlamentinin Xalq diplomatiyası və millətlərarası münasibətlər komitəsinin rəhbəri Yuri Qempel açıqlayıb.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələri vətəndaşlarından müvafiq müraciətlər daxil olub. Qempel, RİA Novosti ilə söhbətində, "Rusiya peyvəndinə və konkret olaraq “Sputnik V” yə etibar edərək müraciət edirlər", deyib. O, nəzəri olaraq bunun həyata keçirilə biləcəyini vurğulayıb. Gempel belə bir ehtimalın hazırda araşdırıldığını da diqqətə çatdırıb.
Xatırladaq ki, avqust ayında Rusiyada dünyanın ilk koronavirus əleyhinə peyvəndinin, Qamaleya Tədqiqat Elektrokimya Mərkəzi tərəfindən hazırlanan dərmanın, ilk süni peykin atılmasına bənzədərək "Sputnik V" adlandırıldığı elan edilmişdi. Daha sonra, Rospotrebnadzorun Vektor Mərkəzi tərəfindən hazırlanmış ikinci rus peyvəndi “EpiVacCorona” ortaya çıxdı. İndi üçüncü rus peyvəndinin qeydiyyatı prosesi davam edir. Nəzərə çatdıraq ki, bu barədə Çumakov adına Mərkəz məlumat verib.
Göründüyü kimi, Avropa ölkələrində də peyvənd olunmağa, bununla da məlum koronavirus xəstəliyindən qorunmağa diqqət ayrılır. Qeyd olunduğu kimi, Avropa Birliyi ölkələri vətəndaşları ən yaxın zamanda virus əleyhinə peyvənd olunmağı məqbul hesab edir və ən yaxşı peyvənd axtarışındadırlar.
Diqqətə çatdıraq ki, Azərbaycanda da peyvənd olunmasına başlanılıb və ilk risk qrupuna daxil olan insanlar peyvənd olunurlar. Əhalinin peyvənd olunması ölkəmizdə könüllüdür və sevindirici haldır ki, buna maraq günü-gündən artır. Vətəndaşlar başa düşürlər ki, məlum virus əleyhinə peyvənd olunmaları xəstəlikdən qorunmaq üçün ən təsirli yol, vasitədir.