Yaxud milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur
Deyir "qozbeli qəbir düzəldər", amma radikal müxalifət deyilən satqınlar "sülaləsini" görünür,bu 28 il ərzində qəbir də düzəldə bilməyib. Nə qədər alçaq, nə qədər mənəviyyatsız olasan ki, 44 gün ərzində Qarabağ Azərbaycanı özümüzə qaytarmaqla, ərazi bütövlüyümüzü bərpa etməklə dünyaya sübut etdik ki, erməni kimi çaqqalları dəmir yumruğumuzla it kimi torpqlarımızdan qovarıq, qovduq da! Ancaq heç də həmin it kimi qovulan erməni çaqqalllarından geri qalmayan, özlərini xalqa "vətənpərvər" kimi təqdim edən radikal müxalifət – AXCP-"Milli Şura" indi də müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
Nəticə...
Ancaq bu satqınlar bilməlidirlər ki, Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi bilir və özünün yaxşı bildiyini də bir daha nümayiş etdirdi. Bu Qələbə azərbaycanlılar haqqında «məğlub xalq» sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Bu isə, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir.
Bu realllığı heç vaxt anlamayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi sosial şəbəkə virusları bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Və Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
Radikalların anlamadığı dəyərlər...
Dövlətçilik və milli mənafe - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli kimilər nə anlar? Onların ancaq "bəlkə qaytardılar" xəyalları ilə yaşayıblar. Amacları mövcud hakimiyyətlə cəmiyyət arasında uçurum yaratmaq, hakimiyyətin legitim olmadığı rəyini formalaşdırmaq və bütövlükdə dövlətçiliyə, iqtidarın yeritdiyi müstəqil daxili və xarici siyasətə inamsızlıq yaratmaq olub və xarici dairələr daxildə özləri üçün "beşinci kolon" deyilən dəstəkçilər yaratsalar da, 28 il meyit olan uduzmuş kəsimlər xarici yardım hesabına ölkəni anarxiya və siyasi xaos girdabına sürükləmək əməlindən əl çəmirlər, hətta terrora belə haqq qazandırmağa cəhd göstərirlər.
Erməni ilə həmrəy olan bu boş "başlar" – AXCP-"Milli Şura", yaxud "beşinci kolon"un və xaricdəki antimilli şəbəkənin buyruq qulları - Əli Kərimli, Cəmil Həsənlə, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, leyla Yunus, Vidadi İskəndərli...kimi üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa çalışaraq kimlərə "xidmət" etdiklərini əvvəllər də nümayiş etdiriblər, bu gün də bu çirkin əməllərindədirlər. Nəticə, necə deyərlər, "boş çanaq" məsəlində olduğu kimi.
Ən maraqlısı isə, Vətəni olmayan, Avropanın küçələrindəki zibillikləri özlərinə «isti ocaq» sayan bu satqınlar ağlasığmaz, doğru olmayan, hətta söyüşlərlə dolu məntiqsiz fikirlər səsləndirirlər. Çünki onlar mənəviyyatları, əxlaqları satılmışlardır, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar istənilən anda istənilən adamı satmağa belə gedərlər. Lakin danışanda "Vətəndən", "ədalətdən", "hüquqdan", "demokratiyadan" dəm vururlar. Çünki xarici dairələrə xidmət edən xəyanətkarların anatomiyası belədir. Bu xəyanətkarlar o xəyanətkarlardır ki, hətta şəhidlərin mərasimindən də istifadə etməyi planlaşdırmışdılar.
Bu günlərdə "OsmanqızıTV"-də Əli Kərimli, Cəmil Həsənlə, Gültəkin Hacıbəyli, Leyla Yunus, Vidadi İskəndərli çıxışlar edərək bildirirlər ki, "torpaq yolunda canlarını qurban verən şəhidlərimizi bu hakimiyyət qiymətləndirməyib. Ayağa qalxmaq, küçələrə çıxmaq...". Bu yerdə susa bilmirsən. Ay şərəfsiz, ay mənliyini itirmiş əxlaqsız, satqın nə vaxta kimi hər şeyinizi satacaqsınız? Kimə çağırışlar edirsiniz? Axı sizləri o çağırış etdiyiniz xalq çoxdandır tarixin zibilliklərinə atıblar. Kimdir bunlar? Adını "Milli Şura" qoymuş qisasçı ab-havada yaşayan, cılız mənfəətlər uğrunda xalqının mili maraqlarını tapdalayan, "siyasi təşkilatları" kiçik dərnəkdən seçilməyən, bütün "siyasi fəaliyyətini" yalnız maddi gəlir əldə etməyə fokuslayan bu azlıq Azərbaycanı satmaq üçün daim belə böhtanlar atmaqdan bezmirlər ki, bezmirlər.
2013-cü ildə elə xarici güclərin diktəsi ilə yaradılmış "Milli Şura"nın sədri Cəmil Həsənli əcabə, nə tez unutdun, həmin dövrdə guya "Qarabağ konsepsiyası" hazırlayacağından dəm vururdun. Amma nəticə nə oldu? Ortada hər hansı nə bir konsepsiya, nə də hansısa konsepsiya olmadı. Əslində satqın Cəmil həsnlinin "konsepsiyası" xarici ölkələrə tez-tez səfərlər etməklə, konkret olaraq ABŞ-a səfərlərində ölkəmizə qarşı ən böyük haqsızlıqlardan sayılan "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin müəlliflərindən biri olan Kristofer Smitlə görüşlər keçirmək, "dostları" olan ermənipərəstlərin mövqelərini dəstəkləmək idi. 2016-cı ildə ermənilər cəbhənin təmas xəttində Azərbaycana qarşı hücumlar təşkil etdiyi bir dövrdə AXCP sədri Əli Kərimlinin oğlu "beynəlxalq tədbirlərdə" Dağlıq Qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurdu. Demək ki, bu gün də ermənipərəst fəaliyyət bunlar üçün şüurlu bir seçimə çevrilib.
Belə bir məsəl var: "Qanın elə erməni qanına bulaşsın". Uzun illər ərzində öz liderinə, dostlarına, silahdaşlarına xəyanət edən Əli Kərimli, Cəmil Həsənlə, Gültəkin Hacıbəyli, Leyla Yunus, Vidadi İskəndərli kimi Vətəninə xəyanət edənlər mütləq etdikləri əməllərinə görə cəzasını çəkməlidir – özü də xalq, ali qanunlarımız qarşısında!