"Sarkisyanın Azərbaycanı hədələməsi" onu, reanimasiyadan yenicə cıxmış xəstəyə bənzədir.
Analitik və İnformasiya Platforması "AİP"= QULU İBRAHİMOV
"Sarkisyanın Dağlıq Qarabağda müharibə” abu-havası ilə cıxışı onun, hələ də hal-hazırdakı vəziyyəti dərk edə bilməməsidir. Dəmir yumruq zərbəsindən sonra, Sarkisyan hələ reanimasiyada cox qalası olacaq.
1990-cı illərdən bu günə qədər ermənistanda, hakimiyyətə gələn və ya gəlmək istəyən sarkisyanlar, "böyuk ermənistan", "Qarabag bizimndir", və digər uydurma şüarlar səsləndirməklə məşğul olublar. Bununda nəticəsi göz qabağındadır.
Qeyd etmək isdərdim ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil!
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional liderliyi son 17 ildə iqtisadiyyatını 3 dəfədən çox böyütməsi, regional neft-qaz və nəqliyyat layihələrini gerçəkləşdirməsi ilə sübut olunmuşdu.
Azərbaycan 5G – beşinci nəsil müharibəsi apardı və qanuni torpaqlarını azad etdi!
Azərbaycan son illər özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub.
Hesab edirəm ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycan, yaxın gələcəkdə daha böyuk uğurlara imza atıb xalqımızı sevindirəcək!
"Analitik və İnformasiya Platforması"
təşkilatın sədri, hüquqşünas-politoloq
Qulu İbrahimov.