Yeni bir pandemiya ehtimalı
Rusiyalı immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov verdiyi son açıalamaların birində yeni pandemiyanın meydana gəlməsini istisna etməyib. DİASPOR.İNFO bu barədə “RİA Novosti”-yə istinadən bildirir.
Onun sözlərinə görə, bu gün heç kim yeni bir pandemiyanın olmayacağını əminliklə deyə bilməz. Çünki təbiətdəki SARS-COV-2 və digər virusların dəyişkənliyi davam edir. Bundan əlavə, ən azından onların təkamülü insanlara tabe olmadığından viruslar yenidən görünə bilər.
Maraqlıdır ki, rusiyalı mütəxəssis ehtimal olunan yeni bir virusun təhlükəsinin əvvəlkilərdən da az olacağını istina etmir. Yeni virusların meydana gəlməsinin təbii bir fenomen olduğunu bildirən Jemçuqov bu virusların daxili mutasiya mexanizmlərindən asılı olaraq meydana gəldiyini deyir.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus suşlarının yayılmasının yeni bir pandemiyaya səbəb olmayacağını bildirmişdi.
Ağasəf Babayev