“Sanksiyalardan manyakcasına inadla danışılır” Dmitri Peskov
Avropa Birliyi və ABŞ sanksiyalardan manyakcasına inadla danışır. DİASPOR.İNFO RenTV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözcüsü Dmitri Peskov deyib.
Kremlin sözcüsü Rusiyanın dialoq tərəfdarı olduğunu vurğulayıb.
"Bunu alqışlamayacağıq, ümid edirik ki, dialoqu davam etdirmək üçün siyasi iradə qalib gələcək", deyə Peskov, Moskvanın sərt sanksiyalara hazır olub-olmadığına dair sualı cavablandırarkən söyləyib.
Peskov Rusiya Federasiyasının "səfərbərlik hazırlığı vəziyyətində olduğunu" əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell, Avropa Parlamentinin plenar iclası zamanı Avropa Birliyi ölkələrinin yeni anti-Rusiya sanksiyalarını müzakirə edəcəyini söyləmişdi. Qeyd edək ki, Borrelin Rusiyaya səfəri zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov buna kəskin şəkildə reaksiyasını da gizlətməyib. Onu da nəzərə çatdıraq ki, Rusiyada Lavrovun cavabından sonra Borrelə qarşı öz qurumunda da ciddi tənqidlər ünvanlanıb, hətta o istefaya belə çağırılıb.
Görünür, Rusiya səlahiyyətlilərinin Borrelə cavabı yetərincə və təsiredici olmayıb. Əks halda Lavrov və Zaxarovanın tənqidi fikirlərinin ardınca sanksiya məsələləri bir daha gündəmə gəlməzdi. Yaxud, görüş lazımi təsirlə yadda qalsaydı, təsiredici olsaydı, ya da bunun nəticəsi hasil olsaydı və münasibət, mövqe dəyişilsəydi Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri, “Sanksiyalardan manyakcasına inadla danışılır”, deyə bildirməzdi.
Müəllif: İnam Hacıyev