Sən bir fərari, dezertir atasısan!” - YAP gənclərindən Əli Kərimliyə MÜKƏMMƏL CAVAB!
“Xalqa, yaxud xalqın bir kəsiminə müraciət etmək üçün həmin xalq və ölkə qarşısında müəyyən xidmətlərin olmalıdır. İllərdir özünü siyasətçi adlandıran, lakin fəaliyyəti bloqqerlikdən o tərəfə keçməyən, adı xəyanət simvoluna çevrilən Əli Kərimli indi də utanmayaraq gənclərə çağırış edir. Həm də gəncləri dağıdıcılığa, radikalizmə, qanunsuzluğa, itaətsizliyə dəvət edir”. DİASPOR.İNFO xəbər verir ki, bu münasibət Yeni Azərbaycan Patiyasının Gənclər Birliyinin feysbuk sosial şəbəkə səhifəsində qeyd olunub.
“Görəsən, fərari atası Əli Kərimli hansı haqla ölkə gənclərinə müraciət edir? Bu adama deyən lazımdır ki, sənin oğlun da gənclik yaşındadır və hər bir gəncin xalq, vətən qarşısında ən ümdə vəzifəsi Vətən qarşısında olan borcunu ödəməkdir. Bəs, haradadır sənin oğlun və Vətən qarşısında olan borcunu ödəməkdən niyə yayınır? Sən bir fərari, dezertir atasısan!”, deyə qeyd edilən paylaşımda YAP gəncləri AXCP sədri Əli Kərimlini abırlı olmağa dəvət ediblər və bildiriblər ki, onlarla gəncin həyatlarını zəhərləyən bu fərd onların gələcəklərini məhv edib, amma öz övladları xarici ölkələrdə kef çəkiblər: “Bəlkə bu abırına bürünəsən?! İkincisi, bu gənclər necə unutsun ki, onlarla ailənin gənc üzvlərinin həbsxanalara düşməsinə səbəb olmusan. Hansısa ailənin gənc üzvü illərlə həbsxanada yatıb, sən isə “siyasi məhbus” adı altında on minlərlə dollar qrant alıb Türkelinin, Selcanının xarici ölkələrdə bahalı həyat qurmasına sərf etmisən. Bəlkə, kasıblamısan? Ona görəmi gəncləri aldadıb qanunsuzluğa dəvət edirsən ki, yenidən həbsə düşsünlər, sən də qrant alasanmı?”
“Türkelin, Selcanın bank hesabında pulları azalıb, bunun üçün də yeni simaların tora salınması lazımdır”
Hakimiyyətin tərəfdarı olan gənc fəallar Azərbaycan gənclərinə çağırış edərək, AXCP sədri Əli Kərimlinin hansı yuvanın “quşu” olduğunu da xatırladıblar və onun izi ilə gedənlərin heç də xeyir, səmərə tapa bilməyəcəklərini bildiriblər: “Bu gün gənclər də bilməlidir ki, Əli Kərimli bir siyasi dəllaldır və ona ölkəmizin gəncləri ancaq şəxsi maraqlarını təmin edə bilmək üçün vasitə, alət olaraq lazımdır. Olsun ki, pandemiya səbəbindən qrantlar zəifləyib, ianələr azalıb, Türkelin, Selcanın bank hesabında pulları azalıb. Bunun üçün də yeni simaların tora salınması lazımdır. Elə bu səbəbdəndir ki, Əli Kərimli bu dəfə divanın üstündə çabalayır ki, gənc nəsli vurub quyuya salsın, pul qazansın. Gənclər bilsinlər ki, bu, onun üçün heç də ilk cəhd deyil. Ötən illər ərzində Əli Kərimli neçə-neçə gəncin həyatını alt-üst edib”.
“Bu işdə pionerlərdən olan Ruslan Bəşirli, Əbülfəz Qurbanlı, Aqil Məhərrəmov, Niyaməddin Əhmədov və başqaları...”
O da xatırladılır ki, zamanında Əli Kərimlinin yanında gənclik illərini xərcləmiş bir çoxları sonradan AXCP sədrinin onlara münasibətini dərk edərək, nə qədər xəyanətkar, başqalarının hesabına öz məqsədlərini icra etmək istəyən, satqın olduğunu anlayıblar, AXCP sıralarından istefa veriblər: “Bu işdə pionerlərdən olan Ruslan Bəşirli, Əbülfəz Qurbanlı, Aqil Məhərrəmov, Niyaməddin Əhmədov və başqaları. Soruşun, soraqlayın, görün adları çəkinlərdən bəziləri həbsdən çıxdıqdan sonra Əli Kərimli onlarla heç maraqlanıbmı? Əlbəttə ki, yox. Sağlam əqidəli, Vətənini, xalqını, ölkəsini sevən Azərbyacan gəncliyi anti-Azərbaycan dairələrin əlaltısı olan Əli Kərimli kimilərinə öz yerini göstərməli, hər addımda belələrinə layiq olduqları cavabları verməlidir”.
“Gənclik dövrü AXC-Müsavat hakimiyyəti dövrünə düşən insanların taleyini müasir Azərbaycan gəncliyinə yaşatmaq istəyən Əli Kərimli kimi anti-milli ünsürlərin niyyətini gözündə qoymaq gənclərimizin əsas həyat prinsiplərindən biri olmalıdır”, sözügedən sosial paylaşımda vurğulanır.
Rövşən RƏSULOV