Ərdoğan Putinlə telefonda nədən danışıb?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. DİASPOR.İNFO bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Qeyd olunub ki, prezidentlər Türkiyə-Rusiya münasibətlərinin müxtəlif aspektlərini müzakirə ediblər.
R.T.Ərdoğan 11 yanvar razılaşmalarına əsasən, nəzərdə tutulan nəqliyyat yollarının yaradılması üçün rusiyalı və türkiyəli mütəxəssislərin azərbaycanlı həmkarları ilə görüşə biləcəyini bildirib.
Bundan başqa, Türkiyə prezidenti Ağdamda fəaliyyət göstərən Birgə Monitorinq Mərkəzinin öz vəzifəsini uğurla icra etdiyini vurğulayıb.
R.T.Ərdoğan atəşkəsin qorunması üçün birgə səylərin davam etdirilməsinin zəruri olduğunu deyib.
205