"Xankəndindəki yürüş erməni ideoloqlarının çaşqınlığından xəbər verir" ÖZƏL-RƏY
"Ermənistanda əsas müzakirə və mübahisə mövzusu 44 günlük müharibənin hansı səbəblərdən uduzulması üzərindədir. Fikirlər müxtəlifdir, həm hakimiyyədəkilər, həm də müxalifətdə təmsil olunanlar fərqli arqumentlər səsləndirirlər. Hətta biri digərini satqınlıqda, qorxaqlıqda, səriştəsizlikdə ittiham edirlər. İttihamların məzmunu müxtəlif olsa da, mövzusu, ideyası eynidir". Bunu "Səs" qəzetinə açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.
Medi eksperti bildirib ki, ermənilər müharibəni, yəni, Dağlıq Qarabağdakı işğal siyasətini uduzublar, torpaqları sahibinə, Azərbaycana qaytarıblar, məğlub duruma düşüblər, itkilər veriblər: "İndi onları narahat edən məqam təkcə Dağlıq Qarabağ deyil, həm də, Ermənistan dövlətinin taleyidir, gələcək durumudur. Müxalifətin vahid lideri olan Vazgen Manukyanın, keçmiş prezident Serj Sarkisyanın ötən həftə ərzində KİV-lərə verdikləri müsahibələr onu göstərir ki, Ermənistanın gələcəyinə baxışları dumanlıdır.Bu ölkəni suveren dövlət kimi yaşada biləcəklərinə şübhə edirlər. Onlar 44 günlük müharibə çərçivəsində aldıqıqları zərbələrdən sonra Ermənistan dövlətini necə yaşadacaqlarından narahatdırlar. Yolları tükənib. Belə bir vaxtda Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-yə birləşmə haqqında qərarın ildönümünün, yaxud, “Dağlıq Qarabağın müstəqilliyi” təqviminin qeyd edilməsinə nə anlam vermək olar? “Artsax” artıq mövcud deyil, onun birləşmə ehtimalı olan Ermənistanın gələcək taleyi qaranlıqdır, özünün yaşaya biləcəyi şübhəlidir. Bunumu bayram edirlər. Əslində bayram, təntənə ovqatları yoxdur, matəm içindədirlər".
M.Ələsgırli qeyd etdi ki, ermənilərin Xankəndində keçirdikləri yürüş üçün seçdikəri musqi fonuna, ziyarət etdikləri məkanlara diqqət etsək görərik ki, bu, matəm mərasimidir, nostalji hissindən doğan kədər halıdır: "Mən erməni ideoloqlarının KİV-lərdə çıxışlarını izləyirəm. Uzun müddətdir ki, müzakirə edirlər, “xalqı məğlubiyyət, matəm ovqatından çıxarmağın zəruriliyindən” danışırlar. Çoxsaylı təkliflər verirlər, icra etməyə çalışırlar, amma nəticə əldə edə bilmirlər. Çaşqın durumdadırlar. Xankində yürüş keçirmək ideyalarını da bu kontekstə dəyərləndirmək olar".
Müəllif: Gülyana