Avtomobili dəvəyə dəyişdirdi Hindistanlı siyasətçi
Hindistanda bir siyasətçi yanacağın bahalaşması səbəbindən avtomobili dəvə ilə əvəzləyib. DİASPOR.İNFO xəbər verir ki, bu barədə ölkənin yerli ANİ agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, görünür, hindistanlı siyasətçinin səbrinə son qoyulub. Qeyd olunur ki, bir-iki həftə ərzində benzinin və dizel yanacağının qiymətlərinin davamlı şəkildə artmasına cavab olaraq, avtomobilini dəvəyə dəyişməyə qərar verən siyasətçi, minik heyvanı ilə işə getmək niyyətindədir.
Bildirilir ki, Hindistanda Konqresin lideri və keçmiş parlament üzvü yanacaq qiymətlərinin artmasına qarşı açıq şəkildə etiraz etmək qərarına gəlib. O, minik heyvanı üzərində Racamandrideki Raciv Qandi Təhsil İnstitutuna öz evindən birbaşa yollanıb.
Xatırladaq ki, maliyyə gündəlik olan The Mint, 2021-ci il fevral ayının ortalarından Dehlidə benzinin qiymətlərinin bir litrə görə 1.23 dollar, dizel yanacağının dəyərinin bir litrinin 1,1 dollar səviyyəsində olduğunu bildirib.
Onu da qeyd edək ki, bu ölkədə pərakəndə avtomobil yanacağının qiymətləri, yerli satış vergisi və ya ƏDV, eləcə də nəqliyyat xərclərinin səviyyəsindən asılı olaraq əyalətlərdə dəyişir. Məsələn, Hindistanda yanacağa görə ən yüksək ƏDV-yə sahib olan Racasthan əyalətində benzin və dizel yanacağının qiymətləri də ölkənin digər bölgələrindən daha yüksək olub.
Nəzərə çatdıraq ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə yanacaq qiymətlərindəki artım fevralın ilk həftəsinin sonundan başlayıb. Dünyanın neft qiymətlərindəki artım nəticəsində Hindistanda pərakəndə benzin qiymətləri ən yüksək səviyyəsini yeniləyib və bu, təkcə yerli sakinlər arasında deyil, bu cür qeyri-adi bir şəkildə təzahür edərək, bu problemə diqqət çəkməyə qərar verən siyasətçilər arasında da narazılığa səbəb olub.
Müəllif: İnam Hacıyev