TOLYATTİ AZƏRBAYCANLILARI XOCALI SOYQIRIMINI YAD EDİB.
Tolyatti şəhərində yaşayan Azərbaycanlılar Xocalı soyqırımının növbəti ildönümündə yenidən bir araya gələrək qeyd ediblər.
Bu barədə saytımıza Tolyatti Azərbaycanlıları Diasporunun rəhbəri Ələsgər Əlifov məlumat verib.
Diaspor.info saytının Rusiya bürosuna məlumat verən sədr qeyd edib ki, erməni vəhşiliyini dünyaya çatdırmaq, Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya bildirmək üçün tədbir keçirilib. Tədbirdə Xocalı soyqırımı ilə bağlı video da, göstərilib.
Diaspor.info
Rusiya bürosu.
276