"Həm ABŞ, həm də bütövlükdə Qərb hər zaman nüvə anlaşmasına sadiq olduqlarını bəyan etsələr də, əslində, onu asanlıqla pozdular. İran öhdəliklərini unudanlara etibar edə bilməz". Diaspor info xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif belə deyib.
Tehran xatırladır: Birləşmiş Ştatlar əvvəllər razılaşma şərtlərini yerinə yetirmədən JCPOA-dan çıxmışdı. İran tərəfi Vaşinqtonun işə qayıtmasını gözləyir.
“Keçmiş prezident Donald Trampın administrasiyası bir dəfə İranın JCPOA-ya sadiq olduğunu təsdiqlədi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bunu 5 hesabatda təsdiqlədi. Əvvəlcə bu problemi həll etməlidirlər. Əgər məsələ inamsızlıqla bağlıdırsa, əslində, məsələ İranın JCPOA-nın şərtlərini heç vaxt düzgün şəkildə həyata keçirməyən Qərbə olan inamsızlığıdır”- iranlı nazir deyib.
Elçin