AB səfirindən təşkilata çağırış
Avropa Birliyinin Moskvadakı səfiri Markus Ederer təmsil etdiyi təşkilatı Rusiyaya qarşı olan siyasətində dəyişiklik etməyə çağırıb.
Diaspor.info bu barədə “Bloomberq” beynəlxalq televiziya kanalının yayımladığı xəbərə istinadən bildirir.
Verilən məlumata görə, Ukrayna münaqişəsi ilə bağlı məsələyə çox diqqət yetirməyin vacibliyini irəli sürən Markus Ederer, birliyin Rusiyaya qarşı mövqeyinin köhnəldiyini də istisna etməyib.
Bununla bağlı diplomat Avropa Şurasına Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrellə Moskva ilə münasibətlərdə gələcək addımlar üçün yeni bir plan hazırlanmasını tövsiyə edib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara görə, 177 vətəndaş və 48 hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyaların müddəti altı ay da uzadılmışdı.
Ağasəf Babayev