Dəmir Yumruq endiriləcək: Belə davam edərsə... AKTUAL+HİDDƏT
Vitali Balasanyan: “Artsax” subyekt kimi qalacaq və heç vaxt Azərbaycanın tərkibinə daxil olmayacaq”
Separatçı-terrorçu rejim rəhbərliyinin bilavasitə Rusiya sülhməramlıları arxasından səsləndirdikləri həyasız bəyanatları get-gedə daha aqressiv xarakter almağa başlayıb. Məsələ ondadır ki, məhz rus SM-nın üçtərəfli Bəyanata əsasən nəzarət altına aldıqları ərazilərdən (!) separatçıların liderləri tərəfindən hədələyici səs-küylərin qaldırılması artıq bizləri yenidən düşündürməyə vadar etməyə başlayıb. Əslində bu kimi düşünmələr Bəyanat qəbul edilən andan başlamışdı – işğalçılara Kəlbəcəri və Laçını tərk etmələri üçün əlavə vaxtın verilməsindən...
Cəmi 4 ay əvvəl Xankəndi də daxil olmaqla, bu gün Rusiya SM-nın nəzarəti altındakı bölgələrdə demək olar ki, barmaqla sayılacaq adamlar qalmışdılar
Rus SM-nın gözləri önündəcə çıxdıqları evlərə od vurub-yandıran, meşələri terrorizə edən vəhşilərə “gözün üstündə qaşın var” deyən olmadı və məhz həmin andan aydın olmağa başladı ki, belələri heç vaxt öz çirkin, idbarçı və türkofobiyaçı niyyətlərindən əl çəkməyəcəklər, əllərinə düşən hər andaca işğalçılıq düşüncə tərzlərini ortaya qoyacaqlar. Necə ki, ötən əsrin əvvəllərində, ortalarında və sonlarında törətdikləri qanlı əməlləritək...
Göründüyü kimi, bu gün də belədir və Azərbaycan Ordusunun 44 gün ərzində düşmənlərə verdikləri dərsləri deyəsən hələ də onlara - separatçı və terrorçu rejim rəhbərliyinə tam aydın olmayıb. Elə Ermənistandan Qarabağa gizli yollarla hərbçi göndərən siyasi dairələrə də. Halbuki, cəmi 4 ay əvvəl Xankəndi də daxil olmaqla, bu gün Rusiya SM-nın nəzarəti altındakı bölgələrdə demək olar ki, barmaqla sayılacaq adamlar qalmışdılar.
Rus SM-rı arxasından boylanan köpək sürüləri kimi yenidən hürməyə başlayıblar
Və bu gün yenidən həmin yerlərə geri dönən separatçı liderləri sözün əsl mənasında rusun arxasından boylanan köpək sürüləri kimi yenidən hürməyə başlayıblar – “dqr”in “təhlükəsizlik şurasının” terrorbaşısı Vitali Balasanyan kimi. Bu barədə yazıda qeyd ediləcək, lakin bu gün Araik Arutyunyanın və digərlərinin hələ də əllərini-qollarını sallaya-sallaya kefləri istədikləri kimi hərəkət etmələri, bu da azmış kimi hədələyici bəyanatlar səsləndirmələri səbr kasasını doldurub. Cəmi dörd ay əvvəlki vəziyyətlərini unudan bu azğınlar yəqin ki, başlarını əzmiş Dəmir Yumruğun hələ də havada qaldığının, hər an yenidən başlarına enəcəyinin fərqinə varmırlar. Görünür, bu səbəbdən də bıçağı sümüyə dirəyən və qan iyi verən düşüncələrini hürürlər.
Beləliklə, Vitali Balasanyan “dqr”in “ictimai tv”-nə müsahibə verib və həmin müsahibəsində səsləndirdiyi fikirləri yuxarıda qeyd edilən məsələlərin yenidən gündəmə gəlməsi ehtimallarını artırır. Nə deyir bu terrorçu?
Belə olmasa idi, Balasanyan “ordu quruculuğu” ətrafındakı utopik xəyallarını da dilə gətirməzdi
“1920-21-ci illərdə biz daha ağır vəziyyətdə idik və biz gərək bütün sınaqlardan çıxmış öz xalqımızı şərəfləndirək. Mən demişəm və sözümün üzərində dayanıram ki, “artsax” (dırnaqlar bizimdir-R.R.) məsələsi həll edilməyib. Bu gün diasporamız da daxil olmaqla öz resurslarımızı birləşdirərək çətin vəziyyətdən çıxmağı bacaracağıq. Mən inanıram ki, çıxacağıq və biz müvafiq siyasətin realizəsi üzərində iş aparırıq”.
Göründüyü kimi, çox, hətta daha çox sinələrinə döyüb özlərindən qəhrəmanlıq nağılları düzüb-qoşurlar, hətta bir az da irəliyə gedərək, aldıqları məğlubiyyətlərindən daha ağır, daha sarsıdıcı zərbələrə məruz qalacaqlarını ya anlamırlar, ya da qəsdən insanları ölümə doğru sürükləməyə cəhdlər göstərirlər. Belə olmasa idi, Balasanyan “ordu quruculuğu” ətrafındakı utopik xəyallarını da dilə gətirməzdi. O deyir: “Təhlükəsizlik şurası” müzakirələr apardıqdan sonra işlənilən “konsepsiya” qəbul edəcək. “Müdafiə ordusu” “artsax xalqının” (?!-R.R.) təhlükəsizliyinin qarantıdır. “Artsaxın” sərhədlərinin qorunması “müdafiə ordusu”, polisi və “artsaxın” “milli təhlükəsizlik xidməti” tərəfindən təmin edilir və onlar vahid şəkildə fəaliyyət göstərirlər”.
Ermənistandan gizli yollarla Qarabağa aparılan mülki şəxslər, məhz Balasanyanın əmrində dayanmaq üçün oraya göndəriliblər
Bu da qudurğanlıq həddinin sonu deyil və Balasanyan iddia edir ki, sən demə onların vəziyyəti ağırdırsa, Azərbaycanın vəziyyəti “ikiqat”, hətta “üçqat” ağırıymış, üstəlik bəyan edir ki, heç kim “artsax ordusunun” olmayacağını düşünməsin. “Əgər biz “müdafiə ordusunun” struktur dəyişikliklərindən danışırıqsa, bu zaman daha mobil, daha qabiliyyətli “ordunu” nəzərdə tuturuq”, kimi quduzsayağı fikirlərini önə sürən bu bölücü terrorbaşı “hərbi hissələrin” əsgərlərlə təmin olunduğunu da bildirib. Yəni bu faktın özü də sübut edir ki, əslində bir müddət əvvəl Ermənistandan gizli yollarla Qarabağa aparılan mülki şəxslər məhz Balasanyanın əmrində dayanmaq üçün oraya göndəriliblər. Bunu isə elə onun özü də açıq-aydın etiraf edir! Misal üçün, deyir ki, Ermənistanın silahlı qüvvələri ilə əməkdaşlıq edirlər və bu əməkdaşlıq hər zaman olacaq (???!!!-R.R.)
Vitali Balasanyan daha da irəliyə gedərək, Azərbaycan dövlətinə, xalqına hədə də səsləndirib və bu hədə artıq bizlərin səbr kasasının dolub-daşmasına aşkar səbəbdir!
Hələ bu harasıdır? Adıçəkilən erməni terrorçusu – Vitali Balasanyan daha da irəliyə gedərək, Azərbaycan dövlətinə, xalqına hədə də səsləndirib və bu hədə artıq bizlərin səbr kasasının dolub-daşmasına aşkar səbəbdir! SİTAT: “Kimlər ki, bizə barmaq silkələyirsə, tövsiyə edirəm ki, keçmiş müharibələri xatırlasınlar və bilsinlər ki, bu Azərbaycan Respublikasının qələbəsi deyil, qoy haqqında danışdıqları qələbələrini göstərsinlər”, deyən Balasanyan “artsax” məsələsinin həll olunmadığını iddia edib, bu məsələnin hərbi yolla həll edilməsinə imkan verilməyəcəyini bildirib, “statusun” saxlanacağını, mübarizənin davam etdirildiyini deyib. “Əminəm ki, “artsax xalqı” 90% deyil, 100% öz mübarizəsini davam etdirməyə hazırdır, “artsax” özünün “statusuna” malik olacaq, mənim sözlərimi yadınızda saxlayın, biz danışıqlarda iştirak edəcəyik və “artsax” subyekt kimi qalacaq heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq”.
Balasanyan bu gerçəkliyi 44 gün ərzində salladığı tazı qulaqlarına sırğa eləsin, unutmasın!
Bax, bu cür təxribatçı, qan-qada yaratmağa hesablanmış fikirlərini önə sürən Balasanyan öz əməlini həyasızcasına Azərbaycanın üzərinə atmağa da cürət edib və iddia edib ki, guya Azərbaycan “təəxribatlar” törədir və s. Amma yəqin, çox yəqin unudur ki, onun quduzcasına hürdüyü torpaq məhz Azərbaycandır və Azərbaycanda XALQ-ALİ BAŞ KOMANDAN-ORDU vahid birliyində formalaşmış DƏMİR YUMRUQ havadadır, hər an, hər saniyə Balasanyan da daxil olmaqla, düşmənlərimizin başlarına enib, onları BİRDƏFƏLİK (!!!) məhv etməyə hazır vəziyyətdədir. Hətta arxalarında dayanaraq hürdüyü rus SM-lar da bu məsələdə onlara – yəni separatçı və terrorçulara heç bir hüquqi, siyasi, hərbi dəstək, yardım göstərə bilməyəcək, bax Balasanyan bu gerçəkliyi 44 gün ərzində salladığı tazı qulaqlarına sırğa eləsin, unutmasın!
Rövşən RƏSULOV