Jirinovskidən müharibə anonsu
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Donbasda başlayacaq müharibənin anonsunu verib. Onun sözlərinə görə, müharibə martın 15-dən sonra başlayacaq. Maraqlıdır ki, müharibənin məhz həmin ərəfədə başlayacağına əminlik nümayiş etdirən Jirinovski, bu müharibədə Ukraynanın DPR və LPR ərazilərinə hücum etməyə cürətləri olmadığına görə, bir çox qurbanlarla yekunlaşacaq təxribata əl atacaqlarını bildirib.
Diiaspor.info bu barədə rus mətbuatına istinad edir.
Tarixə baş vurub bir çox tanınmış rəsmilərin məhz mart ayında öldürüldüklərini bildirən partiya lideri, bu ayı çox təhlükəli bir ay kimi xarakterizə edib. Jirinovski, müharibənin başlamasının sentyabrda keçiriləcək seçki ərəfəsində ölkədə əsəbi bir vəziyyət yarada biləcəyini də istisna etməyib.
Maraqlıdır ki, rusiyalı jurnalıst Rostislav Juravlev Ukraynanın uzun müddətdən bəri keçici müharibə metoduna hazırlaşmasını prezident Vladimir Zelenskinin son şansı kimi dəyərləndirib.
Bu arada Ukrayna Prezidentinin aparat rəhbəri Andrey Yermak Kiyevin Donbasdakı vəziyyətin sülh yolu ilə nizamlanması haqqında layihəni yekunlaşdırdığını bildirib. Onun sözlərinə görə, Paris və Berlin tərəfindən təklif edilən sənəd indi Moskvada təsdiqlənməlidir.
Siyasətçi mətndə yer alan məqamları Fransa və Almaniyanın çox güclü bir addımı kimi dəyərləndirib. Yermakın sözlərinə görə, bir-iki həftə ərzində bu “Normandiya formatında” keçiriləcək videokonfransda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Rusiya tərəfi Donbasdakı vəziyyətlə bağlı Ukrayna səlahiyyətlilərinə xəbərdarlıq edib. Bundan əlavə ruslar Kiyevi yeni sənədlər və sazişlər icad etməyi dayandırıb, “münaqişənin həllini” Minsk razılaşmasının icrasına yönəlməyə çağırır.
Ağasəf Babayev