Ağdam rayonu ərazisində ermənilərin hərbi istehkamları
Azərbaycanın bir qrup media orqanının və QHT-lərinin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədir. Diaspor.info-nun verdiyi məlumata görə, onlar Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanış olublar. Daha sonra nümayəndələr ermənilər tərəfindən dağıdılmış Ağdam rayonunun kəndlərində olublar. Bununla belə qonaqlar Ağdam rayonu ərazisində ermənilərin hərbi istehkamları ilə tanış olublar.
Səfərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.
Müəllif: Ceyhun Rasimoğlu
358