DÜNYADA FƏALİYYƏT GÖSTƏRƏN DİASPOR TƏŞKİLATLARI ARASINDA NOVOMOSKOVSKİNİN XÜSUSİ YERİ VAR.
NOVOMOSKOVSKİDƏ YAŞAYAN SOYDAŞLARIMIZ ŞİKAR HÜSEYNOV KİMİ GÜCLÜ DİASPOR RƏHBƏRİ ƏTRAFINDA SIX BİRLƏŞİBLƏR.
ƏLMANİZ ƏLƏKBƏRLİ
DİASPOR TƏŞKİLATLARININ
MONİTORİNQ MƏRKƏZİNİN SƏDRİ
ŞİKAR HÜSEYNOV: NİYYƏTİMİZ AZƏRBAYCANA, MİLLƏTİMİZƏ VƏ DÖVLƏTİMİZƏ SƏDAQƏTLƏ XİDMƏT ETMƏKDİR.
Diaspor.info saytının Ukrayna bürosu Azərbaycan Konqresinin Novomoskovski şəhər təşkilatının sədri Şikar Hüseynovla görüşərək, ondan müsahibə alıb. Müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik: Son dövrlər dünyada fəaliyyət göstərən diaspor təşkilatları fəaliyyətlərini biraz da artırıblar. Biz həmişə necə, bu gün də, həmin templə işimizi davam etdiririk.
Biz həmişə olduğu kimi vətənimizə, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edirik. Bunu İkinci Qarabağ savaşı, Vətən müharibəsi başlayarkən də, sübut etdik. Milləti bir araya toplayaraq, Azərbaycan əsgərinin yanında olduğumuzu sübut etdik, imkanımız qədər maddi yardımlar etdik.
Ümumiyyətlə çalışırıq ki, yaşadığımız şəhərdə Azərbaycan adını öz əməli işimizlə uca tutaq. Buna nə qədər nail ola bilmişiksə, onu artıq həm yerli millətdən, həm də ki, soydaşlarımızdan öyrənə bilərsiniz.
Diaspor. info saytının əməkdaşları Dnepropetrovski vilayətində olarkən “ Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri Əlmaniz Ələkbərli ilə görüşüb söhbətləşiblər. Əlmaniz müəllim bir neçə diaspor təşkilatları haqqında, o cümlədən Novomoskovski diasporası haqqında saytımıza danışıb: Novomoskovski şəhəri artıq uzun illərdir ki, Şikar Hüseynov adı ətrafında sıx birləşibdir. Burada yerli millətin də, böyük hörmətlə yanaşdığı Şikar Hüseynov soydaşlarımız arasında xüsusi nüfuz sahibidir.
Onun xidmətlərini sadalamaqla bitmir. Şikar müəllim, hətta, nümunəvi Azərbaycan ailəsi modelini də, öz timsalında yaradaraq təqdim edib. Odur ki, novomoskovskidə hər addımda Azərbaycan adına hörmət hiss olunursa, bundan ötrü əziyyət çəkənləri qiymətləndirmək yerinə düşərdi.
Bu gün diaspor təşkilat rəhbərləri arasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdıran soydaşlarımızdan, mən deyərdim, ən fallarından biri də, Şikar Hüseynovdur.
Vətən müharibəsinin qələbə ilə başa çatmasına hamıdan çox sevinən Diaspor rəhbəri kimi, Şikar müəllim şəhidlərimizi də, böyük hörmətlə anır.
Diaspor info
Ukrayna bürosu.