Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. Diaspor.info-nun məlumatına görə, bu haqda aparıcı hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında müğənninin müalicəsinə başlanılıb.
Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb.
346