Matvienko AŞPA rəhbərinin niyyətini yüksək qiymətləndirib
Rusiya AŞPA sədri Hendrik Damsın ölkəmizlə konstruktiv bir dialoq qurmaq niyyətini yüksək qiymətləndirir. Diaspor.info RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının sədri Valentina Matvienko AŞPA sədri ilə görüşdə deyib.
"Çətin epidemioloji vəziyyətə baxmayaraq, Moskvaya səfərinizi, Rusiya Federasiyası ilə konstruktiv, qarşılıqlı faydalı, qarşılıqlı hörmət əsasında bir dialoq qurmaq niyyətinizi qiymətləndiririk", deyə Matvienko bildirib.
Müəllif: İnam Hacıyev
232