MƏNİM ÜÇÜN HƏMİŞƏ BAĞLI QALAN SUAL:--EKOLOGİYA SAHƏSİNDƏ İXTİSASI EKOLOGİYAYA AİD OLMAYAN KADRLARI NAZİRDƏN KİMLƏR XAHİŞ EDİR?!
Həmişə yazılarımda bunu xüsusi qeyd edirəm.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev Cənab Prezidentin ən uğurlu kadrlarındandır. Mənim araşdırmalarım onu deyir ki, Muxtar müəllim Dövlət və dövlətçiliyə, xüsusilə Cənab Prezidentə çox sədaqətlidir.
Ancaq Muxtar müəllimin regionlardakı nümayəndələri arasında elələrinə rast gəlmək olur ki, cənab nazirin adına belə yaraşdırmaq mümkünsüzdür. Məsələn; hərbi komissar işləmiş və hazırda təqaüddə olan, (Voyenkom)
Kolxoz sədri və s.
Yəni doğrudanmı Azərbaycanda gənc kadrlara yer yoxdur?
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsinə Akif Məmmədovun təyinatı da çox müəmmalıdır.
Bəli, uzun illər DSMF sahəsində Oğuzda işləmiş, özünün də dediyinə görə YAP da müavin belə olub. Bu çox yaxşı, ancaq Ekologiya sahəsində işləyən adam təkcə idarəçiliyi bilməməlidir axı.
Hesab edirəm ki, Muxtar müəllimə belə kadrlardan ötəri böyük vəzifə sahibləri ağız açır. Bu nazir hər adama da qulaq asmır haaa.
Çox səmimi, tərbiyəsi və savadıyla çoxlarına nümunədir. Şəxsən qəbulunda olub və bunların şahidiyəm.
Hüseyn Bağırovun qəbulunda da, dəfələrlə olmuşdum. Onun dinləmə qabiliyyəti sanki döyüşəcəyi insanla danışıq tərzini xatırladırdı.
Əgər min nəfər əlini müqəddəs kitaba basaraq mənə sübut etmək istəsələr ki, Muxtar Babayev təyinatları maddi vəsaitlə edir, hamı kimi mən də buna inanmaram. Mümkün deyil, bu insanı İnsan kimi yaxından izləyirəm. Yaxşı bəs səriştəsiz və təkəbbürlü kadrları ondan kim xahiş edir?
İndiki Ramiz Mehdiyev, Rövşən Cəlilov yoxdur.
Qəbələ rayonuyla Oğuzun həmsərhədinə yaxınlaşan zaman bu qara tüstünü görüb həmin zavoda yaxınlaşmaq istədim. Yaxına gedə bilmədim, sanki mazut çəlləyi yanırdı.
Bu çəkdiyim zibilliklər və s. Xeyli video material da çəkmişəm. Şəxsən özüm çəkmişəm, sadəcə videonun keyfiyyəti ilə bağlı bayramdan sonra silsilə yazılarımızı saytda görə biləcəksiniz.
Sonda Cənab Nazirin Dövlətimiz qarşısında xidmətlərinə nəzər salıb region idarə rəisləri əvəzinə mən xəcalət çəkirəm. Yəni doğrudanmı bu zibilliklərin, avtoyuma məntəqələrinin, asvaltzavodlarının öhdəsindən gələ bilmirsiniz? Bəlkə gəlmək istəmirsiniz?
İsmayıllıda Şakir müəllim ekologiya müdiri olan vaxtlarda belə biabırçılıqlar yox idi, bu gün sizə nə olub? Muxtar Babayevin mədəni nazir olmasından yararlanırsınız?
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin Üzvü.
375