“O, Türkiyə ilə 13 müharibədən danışıb və ona görə də rus-türk münasibətlərinə qarşı hər cür mane olmağı düşünür”
Vahid Rusiya Partiyasının ermənipərəst deputatı Konstantin Zatulinin hazırkı dövrə qədər anti-Azərbaycan və anti-Türkiyə xarakterli çıxışları kifayət qədərdir və onun növbəti dəfə - son dövrlər Rusiya və Türkiyə arasındakı yaxınlaşmaya qarşı etdiyi çıxışlarına rusiyalı jurnalist Maksim Şevçenkonun cavabı sərt olub.
“...Konstantin Zatulin (o özünü Don kazakı kimi müəyyən edib) Türkiyə ilə 13 müharibədən danışıb və ona görə də rus-türk münasibətlərinə qarşı hər cür mane olmağı düşünür”, deyə qeyd edən Şevçenko Zatulinin bu istiqamətdəki fikirlərini də xatırladıb “Mən Don kazakıyam və Rusiya ilə Türkiyə arasındakı 13 müharibədən sonra mənə izah etmək lazımdır ki, dost və düşmən kimdir”, ermənipərəst deputat deyib.
Maksim Şevçenko Zatulinin bu kimi siyasi mövqeyini qarabağlı quldur ermənilərinin və ermənipərəst rus lobbisinin baxışı ilə əlaqələndirib və yazıb: “Rusiya Federasiyasının yeddi milyon vətəndaşı hər il mövsümün qızmar çağında Türkiyəyə gedir və bir milyon insan rus-türk dinamik iqtisadi əlaqələrin inkişafında iştirak edir, çalışırlar. Bu isə onun (Zatulinin) marağında deyil”.
“Görünür, bu “Vahid Rusiya” partiyasının mövqeyidir və Rusiya ilə Türkiyə arasında nifrət aşılayan Zatulinlə Milonovun timsalında digər deputatları narahat etmir”
Şevçenko Rusiya İmperiyasının Osmanlılarla XVII- XVIII-XIX əsrlərdəki müharibələrinin, həmçinin Birinci Dünya Müharibəsinin Zatulinin geosiyasi baxışlarını müəyyən etdiyini bildirib və qeyd edib ki, ermənipərəst deputat Türkiyəni Rusiyanın düşməni hesab edir, üstəlik Rusiyanın Türkiyə ilə müharibə dilində danışmasını istəyir. SİTAT: “Bu, aydındır və Konstantin Zatulinin düşüncəsinə görə rus xalqı da belə fikirləşməlidir. Nə deyək, mövqe yaradıcı və orijinaldır, hətta mübahisəsiz deyil, mənim baxışıma görə ağlasığmazdır. Görünür, bu “Vahid Rusiya” partiyasının mövqeyidir və Rusiya ilə Türkiyə arasında nifrət aşılayan Zatulinlə Milonovun timsalında digər deputatları narahat etmir. Zatulinə bu məsələdə ən çox Ermənistanın Rusiyadakı səfiri Vartan Toqanyan, Vitali Tretyakov, Natalya Naroçninskaya, Ara Abramyan və başqa tanınmış rus konservativ-patriot cinahları dəstək göstərirlər. Süjetin inkişaf müşahidəsini davam edəcəyik”, Şevçenko sonda qeyd edib.